Sumqayıtda hava

Elan

Gənclər təşkilatları və gənc fiziki şəxslər üçün qrant müsabiqəsi

Gənclər təşkilatları və gənc fiziki şəxslər üçün qrant müsabiqəsi


Gənclər Fondu gənclər təşkilatlarını və 16-29 yaş həddində olan fiziki şəxsləri 7-ci qrant müsabiqəsində iştirak etmək üçün “A”, “B” və “C” kateqoriyaları üzrə layihə təkliflərini təqdim etməyə dəvət edir.

Müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdir.

Müsabiqənin prioritet istiqamətləri aşağıdakılardır:

“A” kateqoriyası üçün təklif olunan istiqamətlər:
-yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi
-gənclərin iştirakı ilə intellektual müsabiqələrin, yarışların, festivalların, olimpiadaların və s. keçirilməsi
-incəsənət sahələri üzrə (musiqi, teatr, rəsm, heykəltaraşlıq və s.) müsabiqələrin və sərgilərin təşkili
-gənc sahibkar və fermerlərin bacarıqlarının artırılması
-ətraf mühitin qorunmasına həsr olunmuş televiziya verilişlərinin və sosial çarxların hazırlanması, aksiyaların keçirilməsi
-xüsusi qayğıya ehtiyacı olan gənclərin yaradıcılıq qabiliyyətinin və təhsil imkanlarının artırılması
-şəhər nəqliyyatında, yollarda, park və xiyabanlarda ictimai davranış qaydalarının təbliği
-2015-ci ilin parlament seçkilərində ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi
-gənc KİV işçilərinin peşəkarlığının artırılması

“B” kateqoriyası üçün təklif olunan istiqamətlər:
-Azərbaycanın təbliği və Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
-Azərbaycanın gənclərlə iş sahəsində təcrübəsinin təbliğinə həsr olunmuş beynəlxalq tədbirlər
-“Gəncə – Avropa Gənclər Paytaxtı 2016” kampaniyası çərçivəsində tədbirlər

“C” kateqoriyası üçün təklif olunan istiqamətlər:
-yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi
-gənclərin iştirakı ilə intellektual müsabiqələrin, yarışların, festivalların, olimpiadaların və s. keçirilməsi
-incəsənət sahələri üzrə (musiqi, teatr, rəsm, heykəltaraşlıq və s.) müsabiqələrin və sərgilərin təşkili
-istedadlı gənclərin ixtiralarının və innovativ ideyalarının dəstəklənməsi
-gənclərin elmi fəaliyyətinin təşviq edilməsi
-yeniyetmə və gənclər arasında bədii və elmi ədəbiyyata marağın artırılması
-gənclərin maraq klublarının yaradılması və asudə vaxtlarının səmərəli təşkili
-gənclər arasında zərərli vərdişlərin qarşısının alınması

Müsabiqədə kimlər iştirak edə bilər?
-Müsabiqədə yalnız dövlət qeydiyyatından keçmiş gənclər təşkilatları və 16-29 yaş həddində olan fiziki şəxslər iştirak edə bilər.
-Gənclər təşkilatları müsabiqəyə “A” və “B” kateqoriyalarından yalnız biri üzrə 1 layihə təqdim edə bilər.
-2015-ci ildə “C” kateqoriyası üzrə Fonddan maliyyə dəstəyi almış fiziki şəxslərin müraciətlərinə baxılmır.
-Fond tərəfindən maliyyələşdirilmiş və icrası başa çatmamış layihələrin icraçılarının yeni müsabiqədə iştirakına yol verilmir.
-Layihəsinin icrası başa çatmış, lakin yeni müsabiqə çərçivəsində layihələrin qəbulu üçün müəyyən edilmiş son tarixdən ötən 15 gün müddətində hesabatı Fonda təqdim etməmiş resipiyentlərin müraciətlərinə baxılmır.
-Fondla müqavilənin imzalanması və layihənin idarə olunması resipiyent tərəfindən şəxsən həyata keçirilməlidir. Yalnız müvafiq tibbi arayış təqdim edildikdə, resipiyentin üzrlü səbəbdən layihəni idarə edə bilməməsi məsələsinə baxıla bilər.

Layihə təklifləri hansı sahələri əhatə etməlidir?
-Layihə təklifləri yalnız bu elanda göstərilmiş istiqamətlərdən birinə uyğun gəldiyi halda nəzərdən keçiriləcəkdir.
-Siyasi, dini və ya xeyriyyə fəaliyyəti, xaricdə təhsil, humanitar yardım və gəlirin artırılmasını nəzərdə tutan layihə təklifləri maliyyələşdirilməyəcəkdir.

Layihə təklifi necə tərtib olunmalıdır?
-Layihələr bu elanda göstərilmiş istiqamətlərə və tələblərə uyğun hazırlanmalıdır. Layihə təklifləri reallığı əks etdirməli, icrası gənclər təşkilatları və fiziki şəxslər tərəfindən mümkün olmalıdır.
-Layihə təklifinin maliyyələşdirilməsi üçün Fonddan istənilən məbləğ “A” kateqoriyası üzrə 20 000 (iyirmi min), “B” kateqoriyası üzrə 30 000 (otuz min), “C” kateqoriyası üzrə 4 000 (dörd min) AZN-dən çox olmamalıdır.
-Müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.

Layihə təklifləri 2015-ci il may ayının 1-dən başlayaraq təqdim edilə bilər.

Layihə təkliflərinin qəbulu üçün son tarix: 1 iyun 2015-ci il saat 18:00

Layihə təklifləri “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqələrində iştirak etmək üçün gənclər təşkilatlarının və fiziki şəxslərin qeydiyyata alınmasına dair Təlimat”a“Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun hazırlanmalıdır.

Layihələr “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna daxil olan layihələrin qiymətləndirilməsi Meyarları”na uyğun dəyərləndiriləcək və maliyyələşdirilməsi barədə müvafiq qərar qəbul olunacaqdır.

Müsabiqənin nəticələri Fondun rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.

Layihələri qalib olacaq gənclər təşkilatları maliyyə dəstəyinin göstərilməsi haqqında müqaviləni imzalayan zaman, Ədliyyə Nazirliyi tərəfindən onlara verilmiş dövlət reyestrindən çıxarışı Fonda təqdim etməlidirlər.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR