Sumqayıtda hava

Dünya

Nepal Bakıdan dünyaya səsləndi

Nepal Bakıdan dünyaya səsləndi


Asiya İnkişaf Bankının direktorlar şurasının Bakıda keçirilən illik toplatısında Nepala təcili olaraq 200 milyon dollar yardım ayırılmasına qərar verilib.

Bankın prezidenti bəyan edib ki, bu təşəbbüslə Yaponiya çıxış edib və bütün üzvlər də onu dəstəkləyib. Tezliklə daha bir neçə milyon dolların Nepal hökumətinə verilməsi nəzərdə tutulur. Asiya İnkişaf Bankı bu yardımların davamlı olması üçün dünya ictimaiyyətinə müraciət edib.

Nepalın maliyyə naziri Ram Şaran Mahat isə ölkəsinin bu fəlakətin öhdəsində təkbaşına gələ bilməyəcəyini deyərək dünya ölkələrindən yardım istəyib:
“Biz hökumət olaraq Milli Bərpa Fondu yaratmışıq. Artıq dövlət bura 200 milyon dollar vəsait yatırıb. Amma bu kifayət etmir. Zəlzələ nəticəsində 300 min ev təsərrüfatı məhv olub. Biz ən azı iki ay ərzində insanlara heç olmasa başlarının üzərində bir koma tikməliyik. İndi insanların daha çox buna ehtiyacı var, çadır, dərman, qida.

Biz Dünya Bankından, Çin, Hindistan kimi ölkələrdən yardım istəyirik. Bu yardım kredit şəklində də ola bilər. Bizim ölkəmizin kredit götürüb, onu qaytarmaqla bağlı müsbət təcrübəsi var".

ANS PRESS





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR