Sumqayıtda hava

Manşet, Cəmiyyət

Şəhid ailələrinə şad xəbər

Şəhid ailələrinə şad xəbər


Azərbaycanda iyul ayı ərzində şəhid ailələrinə mənzillərin verilməsi planlaşdırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinin əməkdaşı Çingiz Əliyev bildirib iki, bu cür ailələrə əvvəllər mənzillər ayrı-ayrı tikilib verilirdi. Amma indi adi insanların da yaşadığı mənzillərdə şəhid ailələrinə evlərin verilməsi nəzərdə tutulur. Buna görə artıq respublikanın 5 şəhərində - Bakı, Sumqayıt, Mingəçevir, Xırdalan və Gəncə şəhərlərində fərdi evlərin və binalarda mənzillərin verilməsi nəzərdə tutulur.

Ç.Əliyev onu da qeyd etdi ki, bu mənzillər növbəlilik əsasında veriləcək. Təmir olunacaq evlərdə artıq işlərə başlanılıb. Yeni tikilən mənzillərdə evlər say əsasında hər kəsə veriləcək. Bununla da veriləcək binaların tikintisinə çox vaxt sərf olunmayacaq.

Nazirlikdən onu da bildirdilər ki, hazırda respublikanın 53 rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hər biri 2 və 3 otaqlı mənzillərdən ibarət 353 ədəd fərdi ev inşa olunur və cari ilin iyul ayının sonunadək sözügedən ailələrin istifadəsinə veriləcək.

ANS PRESS





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR