Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt Elektrik Stansiyasında "həyəcan" (FOTOLAR)

Sumqayıt Elektrik Stansiyasında "həyəcan" (FOTOLAR)


Aprelin 30-da “Sumqayıt Elektrik Stansiyası” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülkü müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda obyekt mülki müdafiə məşqi keçirilib.

Təlimdə Sumqayıt Regional Fövqəladə Hallar Mülki Müdafiə şöbəsinin şəxsi heyyəti, AzQAC Sumqayıt şəhər bölməsinin “Mobil dəstə” üzvləri, Dövlət Yanğın təhlükəsizlik xidmətinin şəxsi heyyəti, Təcili Tibbi Yardım stansiyasının həkim briqadası, “Sumqayıt Elektrik stansiyası” MMC-nin rəhbərliyi, Fövqaladə Hallar komisiyası mülki müdafiə qərargahı, mülki müdafiə dəstələri və dəstələrə cəlb olunmayan işçiləri iştirak ediblər.

Şərti partlayışların törənməsindən dərhal sonra verilmiş “həyəcan” siqnalı üzrə başlanan təlim zamanı Sumqayıt şəhər mülki müdafiə qüvvələri ilə eyni vaxtda fövqəladə hadisə yerinə ilk növbədə yanğınsöndürən və təcili yardım maşınları, qazdan xilasetmə dəstələri daxil olublar. Şərti partlayışın baş verdiyi ərazidə yanğınların söndürül­məsi ilə yanaşı kimyə­vi kəşfiyyatın təşkili, ərazinin mühafizəsi, axtarış-xilasetmə, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması işləri operativ şəkildə yerinə yetirilib.

Şəhərin “Qızıl Aypara” cəmiyyətinin xüsusi geyim və ləvazimatla təchiz olunmuş “Mobil dəstə” üzvləri “zərər çəkənləri”, “yaralıları” qəza ərazisindən çıxararaq və ilkin yardım göstərərək, onları Təcili tibbi yardım stansiyasının maşınlarına yerləşdirib və həkim briqadalarına təhvil veriblər.

Sumqayıt Elektrik Stansiyasında "həyəcan" (FOTOLAR)

Sumqayıt Elektrik Stansiyasında "həyəcan" (FOTOLAR)

Sumqayıt Elektrik Stansiyasında "həyəcan" (FOTOLAR)

Sumqayıt Elektrik Stansiyasında "həyəcan" (FOTOLAR)

Sumqayıt Elektrik Stansiyasında "həyəcan" (FOTOLAR)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR