Sumqayıtda hava

Redaktorun Seçimi, Cəmiyyət

Bir nəfərin özbaşınalığı, ağlasığmaz qərarı bütün Azərbaycan xalqını məyus etdi.

Bir nəfərin özbaşınalığı, ağlasığmaz qərarı bütün Azərbaycan xalqını məyus etdi.


Azərbaycan milli komandanın baş məşqçisi Robert Prosineçki UEFA Avropa Liqasının qrup mərhələsində keçirilmiş “Qarabağ” – “İnter” oyunu ilə bağlı fikirlərini bildirib:
“Azərbaycan futbol tarixinin ən vacib oyunlarından biri idi. İlk dəfə bir Azərbaycan klubu 1/16 final mərhələsinə vəsiqə qazanmağa bu qədər yaxınlaşmışdı. “Qarabağ”ın son dəqiqələrdə qaydalara uyğun vurduğu qolu çexiyalı referi qeydə almadı. Bir nəfərin özbaşınalığı, ağlasığmaz qərarı bütün Azərbaycan xalqını məyus etdi. Başa düşmürəm, nəyə görə hakim təmiz qolu qeydə almadı?! “Qarabağ” həmin oyunda qalib gəlməliydi. Təəssüf ki, onun bu qərarı azarkeşlərin qəlbində silinməz iz qoydu.
Millinin üzvlərinə gəlincə, dünən bəzi epizodlarda daha yaxşı oynaya bilərdilər. Ümumilikdə götürsək, onların çıxışından razıyam. Onların potensialına bələdəm. Bilirəm ki, dünənkindən də yaxşı oynaya bilərlər. Xüsusilə, gənc oyunçuların potensialını qeyd etmək, onların üzərində işləmək lazımdır. Bilirik ki, onlar bundan da yaxşı oynaya bilərlər. Ad çəkmək istəmirəm. Hamı bilir ki, söhbət kimlərdən gedir. Onlar öz üzərilərində daha çox işləməlidirlər. Aşağı yaş qruplarından ibarət yığmalarda da istedadlı, potensialı yüksək olan uşaqlar var. Onları düzgün istiqamətləndirib bacarıqlarından istifadə etməliyik”.

(affa.az)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR