Sumqayıtda hava

Cəmiyyət

Şuşanın işğalının 23-cü ildönümü Sumqayıtda anılıb (FOTOLAR)

Şuşanın işğalının 23-cü ildönümü Sumqayıtda anılıb (FOTOLAR)


Sumqayıtda Şuşanın işğalının 23-cü ildönümü münasibətilə anım tədbiri keçirilib.

Dövlət Dram Teatrında keçirilən anım mərasimində Sumqayıt Şəhər İH-nin başçısı Eldar Əzizov, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin sədri, Şuşa Rayon İH-nin başçısı Bayram Səfərov, Qubadlı Rayon İH-nin başçısı Malik İsaqov, Milli Məclisin deputatları Muxtar Babayev, Elman Məmmədov, ictimaiyyət nümayəndələri, müharibədə yaxınlarını itirmiş, həmin müsibətlərin şahidləri olan şuşalılar da iştirak ediblər.

Bildirilib ki, Azərbaycan mədəniyyətinin əsrarəngiz beşiyi sayılan, tarixi torpaqlarımızın əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin Vətəni olan Qarabağın paytaxtı - Şuşa şəhəri artıq 23 ildir təcavüzkar Ermənistanın işğalı altındadır. İşğal nəticəsində nadir tarix-memarlıq tikililəri, qədim abidələr, yaşayış yerləri, hətta məzarlıqlar dağıdılıb, zəngin muzey və kitabxanalar talan edilib, xarabazara çevrilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dövlət müstəqilliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirilən ardıcıl siyasətdən bəhs olundu, işğal olunmuş torpaqlarımızın tezliklə azad ediləcəyi diqqətə çatdırıldı.

Sonra faciənin dəhşətlərini, erməni qəsbkarlarının vəhşiliklərini əks etdirən “Şuşa həsrəti” adlı ədəbi-bədii kompozisiya nümayiş olundu.

Şuşanın işğalının 23-cü ildönümü Sumqayıtda anılıb (FOTOLAR)

Şuşanın işğalının 23-cü ildönümü Sumqayıtda anılıb (FOTOLAR)

AZƏRTAC





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR