Sumqayıtda hava

Cəmiyyət

“Heydər Əliyev fenomeni gənclərin gözü ilə” mövzusunda “dəyirmi masa” keçirilib

“Heydər Əliyev fenomeni gənclərin gözü ilə” mövzusunda “dəyirmi masa” keçirilib


Mayın 5-də Sumqayıtdakı Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Heydər Əliyev fenomeni gənclərin gözü ilə” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir Sumqayıt Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tərəqqisi, dövlətçiliyimizin inkişafı üçün gördüyü işlərdən, onun xilaskarlıq missiyasından danışıb. Qeyd edilib ki, Ümummilli Lider hər zaman gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi.

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elşən Baxşəliyev və digər çıxış edənlər bildiriblər ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.

Konfransda iştirak edən gənclər ulu öndər Heydər Əliyevin əziz xatirəsini daim qəlblərində yaşadacaqlarını və onun həmişəyaşar ideyalarının həyata keçirilməsində Prezident İlham Əliyevin ətrafında sıx birləşərək gələcək uğurlarımız naminə fəallıq göstərəcəklərini bildiriblər.

“Heydər Əliyev fenomeni gənclərin gözü ilə” mövzusunda “dəyirmi masa” keçirilib

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR