Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda faşizm üzərində qələbənin yubileyi qeyd edilib (FOTOLAR)

Sumqayıtda faşizm üzərində qələbənin yubileyi qeyd edilib (FOTOLAR)


Mayın 2-də Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi Sumqayıt şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası ilə birgə Heydər Əliyev Mərkəzində faşizm üzərində qələbənin 70 illik yubileyinə həsr edilmiş “Gənc nəslin vətənpərvərlik tərbiyəsi ən ümdə vəzifələrdəndir!” mövzusunda disput təşkil etmişdir.

Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rüstəm Sadıqzadə tədbirin məqsəd və mahiyyətindən danışmışdır. O, xalqımızın qəhrəman övladlarının həyat və fəaliyyətlərinin öyrənilməsinin gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.

Böyük Vətən Müharibəsi zamanı həlak olmuş azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir iştirakçıları 9 May – Qələbə gününün respublikamızda dövlət səviyyəsində qeyd edilməsinin təşəbbüskarı, müharibə veteranlarına daim diqqət və qayğı göstərmiş ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Ümummilli Lider” filminə baxmışlar.

Sumqayıt şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Leyla Qasımzadə Böyük Vətən Müharibəsi zamanı Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Hüseynbala Əliyev və başqalarının qəhrəmanlıqlarından konkret faktlar üzrə danışmışıdr. L.Qasımzadə faşizm üzərində qələbənin əldə edilməsində arxa cəbhədə minlərlə həmvətənlərimizin fədakar əməyinin və Azərbaycan neftinin mühüm rol oynadığını nəzərə çatdırmışdır.

Əmək veteranı Tərlan Rufullayevin, 95 yaşlı müharibə veteranı Mirməhəmməd Əliyevin, tədbirin gənc iştirakçısı İman Ağayevin çıxışlarında müharibə şəraitində olan Azərbaycanda xalqımızın qəhrəmanlıq irsinin gənc nəsil arasında geniş surətdə təbliğ edilməsinin əhəmiyyəti vurğulanmışdır.

Sumqayıtda faşizm üzərində qələbənin yubileyi qeyd edilib (FOTOLAR)


Sumqayıtda faşizm üzərində qələbənin yubileyi qeyd edilib (FOTOLAR)

Sumqayıtda faşizm üzərində qələbənin yubileyi qeyd edilib (FOTOLAR)

Sumqayıtda faşizm üzərində qələbənin yubileyi qeyd edilib (FOTOLAR)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR