Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt məktəbləri otüstü hokkey turnirində

Sumqayıt məktəbləri otüstü hokkey turnirində


Yola saldığımız həftənin bazar günü Respublika Otüstü Hokkey Kompleksində Bakı və Sumqayıt şəhərlərinin 2015-ci ildə ölkəmizdə keçirilən ilk Avropa Oyunlarına həsr olunan otüstü hokkey idman növü üzrə festivala yekun vurulub.

Turnirdə ümumtəhsil məktəblərinin oğlan və qızlardan ibarət 16 komandası iştirak edib. İkinci dəfə təşkil edilən yarışın məqsədi 2016-cı ilin yayında baş tutacaq Avropa çempionatında iştirak edəcək16 yaşınadək oğlan və qızlardan ibarət seçmə komandalarımıza namizədləri müəyyənləşdirməkdir.

Şənbə günü keçirilən oyunların yekununda komandaların qruplarda tutduqları yerlərə aydınlıq gətirilib. Həmin görüşlər belə nəticələnib:

Qızlar - III TUR – 02 may (şənbə)
H. Əliyev adına lisey (Xətai) - 275 № -li məktəb (Suraxanı r.) - “A” qrupu - 1:3
22 № -li məktəb (Sumqayıt ş.) - 233 № -li məktəb (Qaradağ r.) - “A” qrupu – 6:2
276 № -li məktəb (Binəqədi r.) - 2 № -li Uşaq Evi (Suraxanı r.) -“B” qrupu – 0:8
284 № -li məktəb (Binəqədi r.) -117 № -li məktəb (Xəzər r.) - “B” qrupu – 1:4

PLEY-OFF OYUNLARI – 03 may (bazar)
VII-VIII yerlər uğrunda A4 –B4 233 № (Qaradağ r.)- 276 № (Binəqədi r.) – 4:2
V – VI yerlər uğrunda A3- B3 Lisey(Xətai r.) – 284 № (Binəqədi r.) – 0:5
III-IV yerlər uğrunda A2- B2 275 № (Suraxanı r.) - 2 № Uşaq Evi (Xətai r.) – 0:4
I – II yerlər uğrunda A1 –B1 22 № (Sumqayıt ş.) – 117 № (Xəzər r.) – 0:2

Oğlanlar- III TUR – 02 may (şənbə)
149 № -li məktəb (Xəzər r.) - 284 № -li məktəb (Binəqədi r.) -“A” qrupu- 2:3
275 № -li məktəb (Suraxanı r.) - “Atasport” (Federasiya) -“A” qrupu- 1:0
233 № -li məktəb (Qaradağ r.) - 61 № -li məktəb (Nizami r.) –“B” qrupu- 5:0
17 № -li məktəb (Sumqayıt ş.) - 117 № -li məktəb (Xəzər r.) –“B” qrupu – 5:1

PLEY-OFF OYUNLARI – 03 may (bazar)
VII-VIII yerlər A4 –B4 149 № (Xəzər r.) - 61 № (Nizami r.)- 6:2
V-VI yerlər A3- B3 284 № (Binəqədi r.) – 233 № (Qaradağ r.) – 1:0
III-IV yerlər A2- B2 “Atasport”(Federasiya) -17 № (Sumqayıt ş.) – 5:1
I-II yerlər A1 –B1 275 № (Suraxanı r.)- 117 № (Xəzər r.) -1:1(bullitlər seriyasında 2:3)

Yekunda mükafatlara layiq yer tutan oğlan və qız komandalarına fəxri kubok, diplom və medallar təqdim edildi.

Bakı və Sumqayıt şəhərlərinin 2000-2002-ci il təvəllüdlü məktəbliləri arasında təşkil edilən bu layihənin sonuncu- III mərhələsinə bu ilin oktyabr ayında yekun vurulacaq. Həlledici mərhələdə komandalar standart ölçülü meydanda çıxış edəcəklər və mütəxəssislər də məhz həmin oyunlardan sonra 2016-cı ildə keçiriləcək Avropa çempionatında ölkəmizi təmsil edəcək oğlan və qızlardan ibarət seçmə komandalara namizədləri müəyyənləşdirəcəklər.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR