Sumqayıtda hava

Cəmiyyət

Heydər Əliyev Sumqayıt Dövlət Universitetində anıldı

Heydər Əliyev Sumqayıt Dövlət Universitetində anıldı


Mayın 6-da Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində Ulu Öndərin anadan olmasının 92-ci ildönümünə həsr olunan “Heydər Əliyev müstəqil və çiçəklənən Azərbaycanın memarıdır” mövzusunda elmi praktik konfrans keçirilib.

Konfransı universitetin rektoru Elxan Hüseynov açıb. Diqqətə çatdırılıb ki, müstəqil Azərbaycan dövlətinin memarı olan Ulu Öndər, eyni zamanda, dünya miqyasında tanınmış böyük siyasi və ictimai xadim idi. Onun ölkəmiz üçün gördüyü işlər ölçüyəgəlməzdir. Dahi rəhbərin dəqiqliklə işləyib hazırladığı siyasət kursu Azərbaycanı dünyada tanıtdı, söz və nüfuz sahibinə çevirdi. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

Tədbir məruzələrlə davam etdirilİB, Ulu Öndərin Azərbaycan naminə gördüyü işlərdən, reallaşdırılan layihələrdən, qazanılan uğurlardan bəhs olunUB.

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR