Sumqayıtda hava

Cəmiyyət

“Azərikimya” İstehsalat Birliyində anım tədbiri keçirilib (FOTOLAR)

“Azərikimya” İstehsalat Birliyində anım tədbiri keçirilib (FOTOLAR)


Mayın 6-da “Azərikimya” İstehsalat Birliyinin akt zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar şəhər ictimaiyyətinin nümayəndələri ilə birgə geniş tədbir keçirilib.

Tədbirdə çıxış edənlər ulu öndərin Azərbaycan dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsində, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində, respublikamızın dinamik inkişaf yolu ilə inamla irəliləməsi və beynəlxalq nüfuzunun artmasında xidmətlərindən söhbət açıblar.

Ümummilli Liderin tarixi xilaskarlıq missiyasından, hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratmasından danışan natiqlər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevrilməsinin və dünya miqyasında nüfuzunun artmasının təməlinin qoyulduğunu vurğulayıblar.

Diqqətə çatdırılıb ki, sumqayıtlılar daim dahi rəhbər Heydər Əliyevin diqqət və qayğısını hiss ediblər. Sumqayıtın sosial-iqtisadi inkişafında, onun sənaye strukturunun formalaşması və potensialının artırılmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində Ulu Öndərin müstəsna xidmətləri olub.

Dövlət qayğılarının çoxluğuna, işinin son dərəcə gərgin olmasına baxmayaraq Heydər Əliyev 16 dəfə Sumqayıta səfər edib, sumqayıtlılarla, eləcə də kimyaçılarla görüşüb, şəhərin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlərin həyata keçirilməsinə nail olub.

Bildirilib ki, Prezident İlham Əliyev bu gün ölkəmizin iqtisadi qüdrətinin artırılması, eləcə də respublikamızın neft-kimya sənayesinin perspektiv inkişafı ilə bağlı çox geniş spektrdə tədbirlərin reallaşdırılması üçün konkret addımlar atıb.

Tədbirin sonunda Sumqayıt şəhərindəki “Təfəkkür” Liseyinin şagirdlərinin ifasında Ulu Öndərə və müstəqil Azərbaycana həsr olunmuş şeirlərdən ibarət kompozisiya və musiqi çələngi təqdim edildi.

“Azərikimya” İstehsalat Birliyində anım tədbiri keçirilib (FOTOLAR)

“Azərikimya” İstehsalat Birliyində anım tədbiri keçirilib (FOTOLAR)

“Azərikimya” İstehsalat Birliyində anım tədbiri keçirilib (FOTOLAR)

“Azərikimya” İstehsalat Birliyində anım tədbiri keçirilib (FOTOLAR)

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR