Sumqayıtda hava

Maraqlı

Bəşər tarixində ilk göydələnlər müsəlman şəhərində tikilib (FOTOLAR)

Bəşər tarixində ilk göydələnlər müsəlman şəhərində tikilib (FOTOLAR)


Bəşər tarixində ən qədim göydələnlər XVI əsrə təsadüf edir. Bu göydələnlər şəhər planlaşdırılmasının ən qədim və yaxşı nümunələrindən olan Yəmənin Şibam şəhərində yerləşir.

Onun heyrətləndirici qüllələri, sanki, qaya dibində ucalır, bu səbəbdən bu şəhəri "səhradakı Manhetten" adlandırıblar. Şibam, çox güman ki, şəhərtikmə tarixində vertikallıq prinsipinə əsaslanan ilk planlı tikinti nümunəsidir.

Burada binaların yerləşməsi, onların hündürlüyü elə şəkildə qurulub ki, hər bir ev-qüllə təxminən eyni miqdarda günəş işığı alır.

Bütün şəhər ərazisindən kifayət qədər geniş prospekt keçir, ondan çoxlu sayda küçə və döngələr ayrılır. Onlardan ən darı iki metr enə malikdir. Tikintidə material olaraq gil-samandan ibarət çiy kərpic-madardan istifadə edilib. Kərpic birbaşa Günəş şüaları altında qurudulub. Yəmənin son dərəcə quru iqlimi şəraitində belə binanın orta istifadə müddəti 2-3 yüzillik təşkil edir.

Şibamda ən qədim ev 1609-cu ildə tikilib. Buradakı evlərin böyük əksəriyyəti isə 1880-1915-ci illər ərzində inşa olunub. Şəhərdəki 500 gil binanı çoxmərtəbəli hesab etmək olar, belə ki, onlar 5-11 mərtəbəlidir. Burada ən hündür binanın hündürlüyü 53 metrdir; hər mərtəbə bir ailənin yaşadığı mənzildən ibarətdir.

Bu gün "səhradakı Manhetten"də təxminən 7000 nəfər yaşayır. Bu şəhərin bizim əsrdə mövcudluğunu yalnız binaların divarlarındakı peyk antenaları və kondisionerlər sübut edir.

Şibamda orta illik temperatur təxminən 35 dərəcə təşkil edir. Nahardan sonra müşahidə olunan istidə küçələr, demək olar, boş olur, yalnız kondisionerli çayxanalarda müəyyən aktivlik müşayiət etmək olar.

Artıq təxminən 2000 ildir, mövcud olmağına baxmayaraq, Şibamdakı evlərin çoxu XVI əsrdə tikilib. Onlardan bir çoxu son yüzillikdə dəfələrlə yenidən tikilib. Şibamın hər məhəlləsinin öz məscidi var.

Bəşər tarixində ilk göydələnlər müsəlman şəhərində tikilib (FOTOLAR)

Bəşər tarixində ilk göydələnlər müsəlman şəhərində tikilib (FOTOLAR)

SalamNews





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR