Sumqayıtda hava

Cəmiyyət

YAP Sumqayıt şəhər təşkilatı anım tədbiri keçirib

YAP Sumqayıt şəhər təşkilatı anım tədbiri keçirib


Sumqayıt Texnologiya Parkında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı geniş tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə keçirilən tədbirin iştirakçıları Sumqayıt Texnologiya Parkının inzibati binasının foyesində Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Tədbiri giriş sözü ilə açan Parkın icraçı direktoru Sahib Musayev Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edib, Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıb.

YAP Sumqayıt şəhər təşkilatının Şura üzvü Vəzirxan Ənsərov Ümummilli lider Heydər Əliyevin keçdiyi mənalı və şərəfli həyat yolundan, dövlətçiliyimizin qorunması və möhkəmlənməsi yolundakı xidmətlərindən danışıb:

"Ulu öndərin fəaliyyətinin hər bir sahəsi fundamental tədqiqat mövzusudur. Hələ Sovet dövründə Azərbaycana məharətlə rəhbərlik edən Ümummilli lider Heydər Əliyev ölkəni sürətli inkişaf yoluna çıxarmaqla güclü elmi, iqtisadi və mənəvi potensial yarada bilib. Başlıcası isə xalqın qəlbində, arzu və istəklərində, yüz illərlə yaşayan azadlıq və müstəqillik ideyalarının həyati tələbat kimi formalaşmasına zəmin yaradıb. Ümummilli liderimiz müstəqil dövlətin əsl mənada qurulması, onun iqtisadi, hərbi, mədəni potensiallarının hərəkətə gətirilməsi üçün vacib şərt olan sabitlik şəraiti yaratdı. Bu gün Ulu öndər tərəfindən əsası qoyulan bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla və yeni, müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir".

Yeni Azərbaycan qəzeti





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR