Sumqayıtda hava

Cəmiyyət

YAP gəncləri Sumqayıtda ağac əkdi

YAP gəncləri Sumqayıtda ağac əkdi


Sumqayıtda Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçirib.

Şəhərin 26 saylı orta məktəbinin ərazisində keçirilən ağacəkmə aksiyasında YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin üzvləri, partiya fəalları iştirak ediblər.

Onlarla yeni ağac əkilib, digər ağaclara da qulluq edilib. Tədbirdə vurğulanıb ki, ekoloji sağlam mühit həm də sağlam gələcəyimizin qarantıdır. Bu mənada sağlam gələcəyimizin qorunması vacib şərtdir. Qeyd edilib ki, Ümummilli liderimizin ideyalarını yaşadan Azərbaycan gəncliyi ölkəmizin təmiz ekoloji mühitinin qorunması üçün hər zaman səfərbər olmağa hazırdır.

Yeni Azərbaycan qəzeti





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR