Sumqayıtda hava

Manşet, Cəmiyyət

Rövnəq Abdullayev Sumqayıta gəlib (FOTOLAR)

Rövnəq Abdullayev Sumqayıta gəlib (FOTOLAR)


Mayın 8-də ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Sumqayıta səfər edib.

Öncə R.Abdullayev Sumqayıt Təlim-tədris Mərkəzində təkmilləşmə kursu keçən Etilen-polietilen zavodunun mühəndis və fəhlə kadrları ilə görüşüb.

Məlumat verilmişdir ki, Sumqayıtda peşə ixtisasları üzrə müasir standartlara cavab verəcək şəkildə yaradılmış, geniş və ixtisaslaşmış auditoriyalara malik, peşə təhsili üzrə tədris vasitələri və mütərəqqi texniki avadanlıqlarla təchiz edilmiş Təlim Tədris Mərkəzində müxtəlif peşələr üzrə yüksək dərəcəli fəhlə kadrları hazırlamaqla bərabər, "Azərikimya" İB-nin müəssisələrində çalışan işçilər üçün ixtisasartırma, ixtisasdəyişmə və təkmilləşmə kursları da təşkil olunur.

Bu gün 14-ü ali təhsilli mühəndis, 7-si fəhlə kadrı olmaqla 21 nəfəri əhatə edəcək ixtisasartırma kurslarna start verilib. İlin sonuna qədər ümumilikdə 75 nəfərin bu kurslardan keçməsi nəzərdə tutulur.

Sonra Rövnəq Abdullayev, "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev, rəhbər işçilər və KİV nümayəndələri Etilen-polietilen zavodunun yeni laboratoriyasının əsaslı təmir və yenidənqurma işlərindən sonra istismara verilməsi mərasimində iştirak ediblər.

R.Abdullayev qaz məhsullarının kükürdlü birləşmələrdən təmizlənməsi və qaz fraksiyalarının hidrogenləşməsi qurğularında tikinti işlərinin gedişi, həmçinin Buxar və elektrik enerjisi istehsalatında aparılacaq modernləşmə işləri ilə tanış olub.

Kimyaçılarla söhbət aparan ARDNŞ prezidenti onlara yüksək əhval-ruhiyyə, işlərində uğurlar arzulayıb.


Rövnəq Abdullayev Sumqayıta gəlib (FOTOLAR)


Rövnəq Abdullayev Sumqayıta gəlib (FOTOLAR)
Rövnəq Abdullayev Sumqayıta gəlib (FOTOLAR)

Rövnəq Abdullayev Sumqayıta gəlib (FOTOLAR)

Rövnəq Abdullayev Sumqayıta gəlib (FOTOLAR)

Rövnəq Abdullayev Sumqayıta gəlib (FOTOLAR)

Rövnəq Abdullayev Sumqayıta gəlib (FOTOLAR)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

KATEQORIYALAR