Sumqayıtda hava

Cəmiyyət

Uşaq incəsənət məktəbinin şagirdləri Misir Mədəniyyət Mərkəzində olublar

Uşaq incəsənət məktəbinin şagirdləri Misir Mədəniyyət Mərkəzində olublar


Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən Ə.Bakıxanov adına uşaq incəsənət məktəbinin şagirdləri Misir Mədəniyyət Mərkəzində olublar.

Mərkəzin rəhbəri Əhməd Sami əl-Aydi şagirdlərə qurumun yaranma tarixindən, fəaliyyət istiqamətlərindən söhbət açıb. Sonra Misir mədəniyyətini və sivilizasiyasını əks etdirən film nümayiş olunub.

İncəsənət məktəbinin rəsm müəllimi Nəsibə Şükürova dəvət üçün Misir Mədəniyyət Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib və hədiyyə olaraq bir əl işi təqdim edib.

Görüşdə bir sıra təkliflər müzakirə olunub. Onlardan biri Misir Mədəniyyət Mərkəzində uşaqların əl işlərindən ibarət sərginin keçirilməsi olub.

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR