Sumqayıtda hava

Cəmiyyət

Qubadlıdan olan böyük vətən müharibəsi veteranları ilə görüş keçirilib

 Qubadlıdan olan böyük vətən müharibəsi veteranları ilə görüş keçirilib


Mayın 7-də Qubadlı Rayon İcra hakimiyyətində Faşizm üzərində qələbənin 70-ci il dönümü münasibətilə müharibə veteranları ilə görüş keçirilib.
 
Görüşdə rayon İH-nin başçısı Malik İsaqov, məsul şəxslər, idarə, müəssisə, təşkilat rəhbərləri, Qubadlı rayonundan olan Böyük vətən müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Malik İsaqov qələbənin 70 illik yubleyi münasibətilə iştirakçıları təbrik edərək qeyd etdi ki, Böyük Vətən Müharibəsi zamanı Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də müharibənin əvvəlindən axırınadək onda fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi. 1941-1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək əhali səfərbər edilib cəbhəyə göndərildi. Azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorusiya, Pribaltika respublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, onların hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda fəal iştirak etmiş, bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar.
 
Qeyd olundu ki, Qubadlı Rayonu üzrə 3500  nəfər 1941-1945 ci illər Böyük Vətən Mürharibəsində iştirak edib. Onlardan yalnız 1500 nəfər 1945-ci ildə  geri qayıtmışdır. Hazırda 16 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı var.
 
Dövlətimiz tərəfindən müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərildiyi diqqətə çatdırıldı. Prezidentin Sərəncamına əsasən 1941-1945-ci illər müharibəsinin 90 yaşına çatmış veteranlarının yubileyləri qeyd olunur, 70 illik yubley medalları ilə təltif olunur, növbədə dayanan 1941-1945-ci illər müharibəsi əlilləri xüsusi avtonəqliyyatla təmin edilir.

Qubadlı sakinlərindən 16 nəfər böyük vətən müharibəsi iştirakçısının hər birinə 800 manat, 104 nəfər Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına 400  manat, 64 nəfər həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə 400 manat birdəfəlik maddi yardım edilib.
 
Çıxış edən iştirakçılar xatirələrini bölüşərək, azərbaycanlıların bu müharibədə göstərdikləri qəhrəmanlıqlardan danışaraq göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə öz minnətdarlığını bildirdilər.

Sonda veteranlara yubiley medalları və RİH adından 200 manat məbləğində pul mükafatı təqdim olundu.





Xəbər lenti

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR