Sumqayıtda hava

Cəmiyyət

Bu yollar istifadəyə hazırdır (FOTO)

Bu yollar istifadəyə hazırdır (FOTO)

 

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun "Avtovağzal dairəsi” adlanan ərazisinin Bakı Dairəvi-1 avtomobil yoluna birləşdirilməsi məqsədilə inşa edilən yeni yolda təmir-tikinti işləri artıq yekunlaşıb. Yaxın günlərdə yol tam olaraq sürücülərin ixtiyarına veriləcək.


İnşasına 2014-cü ilin sentyabr ayında başlanılan yolun ümumi uzunluğu 1070 metrdir. Yolun körpüyə qədər 618,7 metrlik hissəsinin eni 22 metrdir və 4 hərəkət zolağından ibarətdir. Bundan əlavə, 15 aşırımdan ibarət körpünün uzunluğu 451,3 metr, eni isə 13 metrdir. Yol kənarlarında 2,5 metr enində səki salınıb, 1 metr enində ayırıcı zolaqlar qurulub.

 

Stend Atıcılığı idman kompleksinə gedən yol da tam hazır vəziyyətdədir. Artıq yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin rənglənməsi işləri yekunlaşıb. Uzunluğu 1354,5 metr, eni isə 21,5 metr olan yolun inşasına isə 2014-cü ilin iyun ayında başlanılıb.

 

Bu yollar tam olaraq istifadəyə verildikdən sonra Beynəlxalq Avtovağzaldan Qazax-Gürcüstan və Ələt-Astara-İran sərhədi, həmçinin Hacıqabul-Horadiz istiqamətində sərnişin daşıyan avtobuslar, o cümlədən Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri birbaşa Respublika Stend Atıcılığı İdman Kompleksinə və Bakı Dairəvi-1 avtomobil yoluna rahat və maneəsiz şəkildə çıxa biləcəklər.

 

Biləcəri enişindən Beynəlxalq Avtovağzal ərazisinə qədər təqribən 400 metrlik giriş yolunda və dairədə aparılan təmir-tikinti işləri də başa çatıb. Biləcəri enişindən dairəyə doğru olan mövcud 11 metr enində yol genişləndirilərək 22 metrə çatdırılıb. Sözügedən ərazidə yolayrıcıları inşa edilib, işıq dirəkləri quraşdırılıb, yolboyu səki daşları düzülüb, abadlıq işləri aparılıb. Bundan başqa səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi qurulub, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları yeniləri ilə əvəzlənib. Ümumilikdə yola 27 min kvadratmetr asfalt-beton örtüyü döşənib.


Beynəlxalq Avtovağzalın qarşısında yerləşən yol ötürücüsünün alt hissəsində də yenidənqurma işləri həyata keçirilib, ərazidə abadlıq işləri görülüb. 

 

Bu yollar istifadəyə hazırdır (FOTO)

 

Bu yollar istifadəyə hazırdır (FOTO)

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR