Sumqayıtda hava

Cəmiyyət

Xırdalan təmsilçisi bədii gimnastika yarışında ilk yeri tutub

Xırdalan təmsilçisi bədii gimnastika yarışında ilk yeri tutub

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə yeniyetmələr arasında keçirilən üçüncü "Zirvə oyunları” davam edir. 

"Zirvə oyunları”nda bədii gimnastika üzrə yarışlar başa çatıb. Yarışlarda "Zirvə” beynəlxalq idman klubundan, Respublika Kompleks İdman Məktəbindən (RKİM), habelə Gəncə və Sumqayıt şəhərlərindən müxtəlif yaş kateqoriyaları üzrə 40 gimnast iştirak edib.

Müsabiqədənkənar çıxışlardan sonra yarış başlanıb. Müxtəlif yaş kateqoriyaları üzrə birinci yerə Xanım Şərifli (RKİM, 1999-2003), Aytac Süleymanlı (Xırdalan, 2004), Selcan Məhərrəmova (Gəncə, 2005), Fatimə Səmədli (Gəncə, 2006), Səriyyə Süleymanlı ("Zirvə”), Səfurə Məmmədli (Gəncə, 2008), Gülşən Quliyeva (Gəncə, 2009-2010) çıxıblar.

Qaliblərə "Zirve İnternational Sport Clubs” tərəfindən medallar, diplomlar, xatirə hədiyyələri təqdim olunub.

 
AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR