Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda "Hər şey Vətən üçün" layihəsinin ilk təlimi keçirilib (FOTOLAR)

Sumqayıtda "Hər şey Vətən üçün" layihəsinin ilk təlimi keçirilib (FOTOLAR)

 

Mayın 16-da Sumqayıtda Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən icra olunan "Hər Şey Vətən üçün” layihəsi çərçivəsində ilk təlim keçirilib.

"YeniSumqayit.az"ın məlumatına görə, GMİD İB-nin sədri Rüfət Cavadzadə tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və layihə barədə ümumi məlumat verib. Sonra çıxış edən Ülviyyə Rəhimova iştirakçıları Azərbaycan Gənclər Fondunun fəaliyyət istiqamətləri barədə məlumatlandırıb, Fondun fəaliyyətini əks etdirən videoçarxa baxış keçirilib.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həyatından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla anıldıqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları çıxış edərək layihənin keçirildiyi üçün təşkilatçılara minnətdarlıqlarını bildirərək, Xidmətin fəaliyyət istiqamətləri, hərbi çağırışa qədər olan dövrdə gənclərin psixoloji hazırlığı, hərbi vətənpərvərlik işinin təşkili, Silahlı Qüvvələrimiz üçün mütəxəssis hazırlığı, ordu-cəmiyyət münasibətləri barədə məlumat veriblər. İştirakçıların sualları cavablandırılıb.

İştirakçılarla ümumi tanışlıqdan sonra təlimçilər - psixoloq-konsultant Mətanət Mahmudova və Günel Tağızadə vətənpərvərlik, ictimai davranış qaydaları, ailədaxili münasibətlər və s. barədə geniş çıxış edib. Təlim iştirakçılarla qarşılıqlı müzakirə formatında davam etdirilib, psixoloji testlər keçirilib.

Təlimdə Sumqayıt Dövlət Universiteti, Memarlıq və İnşaat Universiteti, Bakı Avrasiya Universiteti, Müəllimlər İnstitutu, Qızıl Aypara Cəmiyyətindən olan gənclər fəal iştirak ediblər.

Xatırladaq ki, layihənin keçirilməsində məqsəd gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, çağırış yaşına çatmış gənclərin hərbi xidmətə həvəsləndirilməsi istiqamətində maarifləndirmə işinin təşkili üsullarını öyrətmək və təbliğ etməkdir.

Sumqayıtda "Hər şey Vətən üçün" layihəsinin ilk təlimi keçirilib (FOTOLAR)

 

 

Sumqayıtda "Hər şey Vətən üçün" layihəsinin ilk təlimi keçirilib (FOTOLAR)

 

Sumqayıtda "Hər şey Vətən üçün" layihəsinin ilk təlimi keçirilib (FOTOLAR)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR