Sumqayıtda hava

Manşet, Cəmiyyət

Şotlandiyanın milli bayramı İçərişəhərdə qeyd olunacaq.

Bayram yürüşü Qoşa Qala Qapısının qarşısındakı əsas meydanda başlayacaq.

Şotlandiyanın milli bayramı İçərişəhərdə qeyd olunacaq.


Şotlandiyanın milli bayramı olan Müqəddəs Endryu günü İçərişəhərdə qeyd olunacaq.
Noyabr ayının 29-da saat 13:00-də Şotlandiyanın milli bayramı olan Müqəddəs Endryu günü münasibətilə Şotlandiya milli musiqi ifaçıları olan tuluq zurnaçıları qrupunun İçərişəhərdə bayram yürüşü keçiriləcəkdir. Ənənəvi olaraq hər il təşkil olunan bayram yürüşü Qoşa Qala Qapısının qarşısındakı əsas meydanda başlayaraq, İçərişəhərin əsas küçələrində təxminən bir saat davam edəcək və Qız qalasının qarşısında tamamlanacaqdır.
Yürüş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Bakı Kaledoniya Cəmiyyəti tərəfindən təşkil olunur.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Bakı sakinlərini və şəhərimizin qonaqlarını tədbirdə iştirak etməyə dəvət edir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR