Sumqayıtda hava

İqtisadiyyat

Sumqayıtda 4 ay ərzində istifadəyə verilən obyektlər – SİYAHI

Sumqayıtda 4 ay ərzində istifadəyə verilən obyektlər – SİYAHI

 

Azərbaycanda yanvar-aprel aylarında istifadəyə verilən obyektlərin siyahısı açıqlanıb.

Bu haqda məlumat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin saytında yer alıb.

Məlumata görə, müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına yanvar-aprel aylarında 589,5 min kvadrat metr yaşayış evləri, növbədə 135 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 3068 şagird yerlik ümumtəhsil məktəbləri, 200 yerlik məktəbəqədər təhsil müəssisələri, 280 yerlik klub və mədəniyyət evləri, Bakı şəhərində 110 kilovoltluq "Ağ şəhər-1”, "Həzi Aslanov”, "Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Su İdman Sarayı, Atıcılıq Mərkəzi, Bakı Konqres Mərkəzi, Sumqayıt şəhərində Beton məmulatı zavodu və "Alyans Tekstil” tikiş fabriki, Astara rayonunda Deqədi-Pəlikəş avtomobil yolu, Bərdə rayonunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolu, Qusar rayonunda "Park Chalet Shahdag” Oteli və s. obyektlər istifadəyə verilib.

2015-ci ilin yanvar-aprel aylarında inşaat işlərinə 4868,6 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çox vəsait yönəldilib.
 

Sumqayıtda 4 ay ərzində istifadəyə verilən obyektlər – SİYAHI

Xeberle.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR