Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtlı gənc YAP Gənclər Birliyinin şura üzvü seçilib (FOTOLAR)

Sumqayıtlı gənc YAP Gənclər Birliyinin şura üzvü seçilib (FOTOLAR)


Mayın 16-da YAP Gənclər Birliyinin IV konfransı keçirilib.

 

Birliyin fəaliyyətini əks etdirən film nümayiş olunduqdan sonra YAP GB-nin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov hesabat məruzəsi ilə çıxış edib. S.Orucov bildirib ki, bu gün Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, eyni zamanda, bölgədə böyük siyasi qüvvəyə çevrilib:

"Qürurla deyə bilərik ki, əsl ümümxalq partiyası olan, Yeni Azərbaycan Partiyasının gəncləri Ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanın qurulması və inkişafı naminə müəyyən etdiyi proqramın həyata keçirilməsində hər zaman Onun ən yaxın köməkçiləri olmuşlar və hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirirlər."

 

S.Orucov qeyd edib ki, YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Partiyamızın 650 mindən artıq üzvü var ki, onların da 40 faizini gənclər təşkil edir. O, hesabat dövrü ərzində YAP Gənclər Birliyinin gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib.


GB-nin sədr müavinləri Samirə Quliyeva və Ramin Məmmədov, Naxçıvan Dövlət Universitetinin tələbəsi Xanım İbrahimova, Gəncə Dövlət Universitetinin tələbəsi Rufanə İbadlı və YAP Gənclər Birliyi Ofisinin əməkdaşı Ümid Abuzərli çıxış edərək YAP-ın hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirdiyini qeyd ediblər.

 

Konfransda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov çıxış edərək YAP-ın Azərbaycanın avanqard siyasi təşkilatı olduğunu bildirib. YAP Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirən Əli Həsənov bu gəncliyin qarşısında mühüm vəzifələr dayandığını diqqətə çatdırıb.

YAP Gənclər Birliyinin fəaliyyətini təqdir edən Əli Həsənov qeyd edib ki, təşkilatın keçirdiyi tədbirlər, reallaşdırdığı layihələr dövlətin gənclər siyasətinə ciddi bir dəstəkdir.

 

Konfransda çıxış edən Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, bu gün Azərbaycan gəncliyinin tarixində əlamətdar bir gündür. Əli Əhmədov qeyd edib ki, gənclərimiz öz fəaliyyəti, fədakarlığı və sədaqəti ilə belə bir yüksək qiymətə layiq olublar:

"Məmnunluq hissi ilə demək istəyirəm ki, YAP Gənclər Birliyi böyük bir gücü, qüvvəni özündə ehtiva edir. Azərbaycan gəncliyinin ən layiqli nümayəndələri YAP sıralarında toplaşıblar. Bu gün YAP-ın sıralarında olmaqla əldə etdikləri biliklər, vərdişlər, mənəvi keyfiyyətlər gələcəkdə onların Azərbaycana ləyaqətlə və böyük səmərə ilə xidmət göstərməkləri üçün ciddi əsaslar yaradır."

 

Əli Əhmədov gənclərə daim yüksək biliklər əldə etməyi, vətənpərvər ruhda böyüməyi, Azərbaycanı beynəlxalq miqyasda layiqincə təmsil etməyi tövsiyə edib.

 

Konfrans iştirakçıları YAP Gənclər Birliyinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

 

Daha sonra YAP Gənclər Birliyinin 63 nəfərdən ibarət Şurası və 15 nəfərdən ibarət İdarə Heyəti seçilib. Seymur Orucov GB-nin sədri, Ramin Məmmədov, Samirə Quliyeva, Aytac Əliyeva və Əli Pənahov isə sədr müavinləri seçiliblər.

 

Xatırladaq ki, sumqayıtlı fəal gənc Elmar Məmmədov da YAP GB-nin şura üzvlüyünə seçilənlər arasında yer alıb.


Konfrans tanınmış sənətçilərin konsert proqramı ilə başa çatıb.

Sumqayıtlı gənc YAP Gənclər Birliyinin şura üzvü seçilib (FOTOLAR)

  

Sumqayıtlı gənc YAP Gənclər Birliyinin şura üzvü seçilib (FOTOLAR)

 

 Sumqayıtlı gənc YAP Gənclər Birliyinin şura üzvü seçilib (FOTOLAR)

  

Sumqayıtlı gənc YAP Gənclər Birliyinin şura üzvü seçilib (FOTOLAR)

 

Sumqayıtlı gənc YAP Gənclər Birliyinin şura üzvü seçilib (FOTOLAR)

Yap.org.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR