Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda 10 binanın üzlüyü sökülür

Sumqayıtda 10 binanın üzlüyü sökülür


Paytaxtın Azadlıq prospektində 16 mərtəbəli binada 15 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsindən sonra Sumqayıtda da binaların fasadındakı penoplastların sökülməsi işinə başlanılıb. Xatırlayırsınızsa, 2 il öncə Sumqayıtda Heydər Əliyev prospektində beşmərtəbəli bina da bu səbəbdən yanmış, lakin insan tələfatı olmadığından bu, ölkə səviyyəsində ciddi ajiotaja və həyəcana səbəb olmamışdı.
 
Dünən səhər saatlarından etibarən Sumqayıtda 3-cü mikrorayon, 34 və 36-cı məhəllərdə binaların üzlüklərinin sökülməsi işlərinə başlanılıb.

Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Abid Əliyev Sumqayıt TV-yə bildirib ki, Bakıda ilk dəfə belə üzlüklü binada yanğın baş verəndə ondan istifadə edilməsi dayandırılıb və aidiyyəti qurumlara araşdırma aparmaq üçün müraciət edilib:
"Fövqəladə Hallar Nazirliyi bu üzlüklərin binalara vurulmasını dayandırıb və iş apardığımız binaların birinci mərtəbəsinə vurulan üzlükləri sökdürüb. Materialın yanan material olmasını onlar daha yaxşı bilirlər. Mütəxəssis onlardır. Hələ ki, penoplastlardan istifadə edilərək üzlüklər vurulmur. Bu işi dayandırmışdıq. Bu gün isə artıq söküntü işlərinə başlanılıb. Sumqayıtda 12 belə bina var, onlardan 2-si tamamlanmamışdı. Hazırda bu binaların üzlüyünmün sökülməsi prosesi gedir."
 
Xeberle.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR