Sumqayıtda hava

Elan

IDEA İB təmizlik aksiyası keçirəcək

IDEA İB təmizlik aksiyası keçirəcək


Çimərliklərimizi təmiz saxlayaq!

IDEA İctimai Birliyi hər il çimərlik mövsümündən əvvəl və sonra Bakının sahilyanı ərazilərindən birində təmizlik aksiyası həyata keçirir. Təşkilatımız bu il də öz ənənəsinə sadiq qalaraq, "Təmiz Şəhər” ASC ilə birgə yeni təmizlik aksiyasının keçirilməsini elan edir.

Aksiya 30 may 2015-ci il tarixində baş tutacaqdır və iştirakçılar bütün sanitar normalara cavab verən ləvazimatlarla təchiz olunacaqlar. Aksiyada iştirak etmək istəyən şəxslərdən öz ad və soyadını, eləcə də əlaqə nömrəsini 28 may tarixindən gec olmayaraq info@ideacampaign.org elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Aksiya zamanı iştirakçılar nəqliyyat və qida ilə təmin olunacaqlar.

Əlavə məlumat üçün +994 12 4976316 şəhər nömrəsi ilə əlaqə saxlamağınız rica olunur.





Xəbər lenti

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

KATEQORIYALAR