Sumqayıtda hava

Elan

"SOCAR Yay Məktəbi-2015” başlanır

"SOCAR Yay Məktəbi-2015” başlanır 

''SOCAR Yay Məktəbi'' layihəsinə sənəd qəbulu başlanılıb.

 

2015-ci il 2-12 avqust tarixlərində keçirilməsi nəzərdə tutulmuş layihədə 50 nəfər gəncin iştirak etməsi nəzərdə tutulur. "SOCAR Yay Məktəbi-2015” layihəsi üçün sənəd qəbulu 25 may-12 iyun tarixlərini əhatə edəcək. İddiaçıların qeydiyyatı www.socar.az/tehsil veb səhifəsində aparılır.

"SOCAR Yay Məktəbi” layihəsinə bu günə qədər ümumilikdə 1230 nəfər müraciət edib və onlardan 192-si layihənin iştirakçısı olub. Yay məktəbi müddətində iştirakçılar enerji sektorunun bütün sahələri haqqında Şirkətin məsul şəxslərinin mühazirələrini dinləyir, praktiki məşğələlər keçirlər. Təşkil edilən ekskursiyalar onların istehsalat prosesi ilə yaxından tanış olmasına imkan yaradır.


Layihə müddətində tələbələrin istirahəti üçün sosial proqramlar və intellektual oyunlar təşkil olunur.

 

Layihə zamanı intellektual oyunlar və prezentasiyalar keçirmək üzrə yarışlarda ilk 3 yeri tutan komandalar seçimlərə uyğun olaraq SOCAR-ın Böyük Britaniya, İsveçrə və Türkiyədəki müəssisələrinə, digər komandaların 10 nəfər ən yaxşı iştirakçısı isə Rumıniya və Gürcüstana səfər edəcəklər.

 

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR