Sumqayıtda hava

Hadisə

Etibar Pirverdiyev istintaqa cəlb olundu

"Azerenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyev istintaqa cəlb edilib.

Məlumatı "Yeni Müsavat” qəzeti yayıb. Xəbərdə bildirilir ki, E.Pirverdiyev mayın 19-da BMCMİ-nə çağırılıb. Onun bir neçə saat dindirildiyi deyilir.

Qəzet yazır ki, E.Pirverdiyevlə Beynəlxalq Bank arasında borca görə məhkəmə çəkişməsi də olub. Beynəlxalq Bank tərəfindən 104 milyon manat məbləğində kredit və faizlərinin geri qaytarılması üzrə iddianı 2 il əvvəl Sumqayıt İnzibati İqtisad Məhkəməsi təmin edib. Məhkəmə borcun "Azərenerji” ASC-dən tutulması barədə qətnamə çıxarıb. Qətnamədən apelyasiya şikayəti verilib, amma təmin olunmayıb.

Yəni Pirverdiyevin 104 milyon manatı Beynəlxalq Banka ödəməli olduğu qətiləşib.

"Azərenerji” bu vəsaiti Beynəlxalq Banka qaytarmayıb. E.Pirverdiyev məhz bu borc məsələsinə görə istintaqa çağırılıb. Səlahiyyətlərinin əsas hissəsi "Azərişıq”a verildikdən sonra mövqeləri xeyli zəifləyən E.Pirverdiyevin işini çətinləşdirən daha bir mühüm fakt da var. Məlumdur ki, Bayraq Meydanının sabiq rəhbəri, "Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov və onun şirkətdəki şəriki Azər Əsgərov həbs olunublar. Bayraq Meydanının tikilməsi E.Pirverdiyevə həvalə olunmuşdu və R.Məmmədovun həbsindən sonra tikinti zamanı baş vermiş yeni korrupsiya faktları üzə çıxıb. Böyük ehtimalla MTN-ə həvalə olunan bu işin istintaqı E.Pirverdiyevə də gəlib çıxacaq. Bu səbəbdən "Azerenerji” prezidentinin iki tərəfdən çıxılmaz vəziyyətə düşə biləcəyi gözləniləndir.

Bundan başqa, Etibar Pirverdiyevin biznesinin də ciddi böhran içərisində olduğuna dair məlumatlar son vaxtlar xeyli dərəcədə intensivləşib.

Azxeber.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR