Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtlı şəhid ölümündən 19 il sonra təltif olundu

Sumqayıtlı şəhid ölümündən 19 il sonra təltif olundu

Bu gün şəhidlik zirvəsinə yüksəlmiş kiçik leytenant Mirzəyev Teymur İsmayıl oğlunun Azərbaycan Respublikası Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalla təltif olunması mərasimi keçirilib.

Təltifetmə mərasimi Sumqayıt şəhəri 5-ci mikrorayonda şəhid Teymur Mirzəyevin xatirəsinə ucaldılmış bulaq kompleksində baş tutub. Şəhidin döyüş yoldaşları Vətən uğrunda həlak olan zabitin qısa, lakin şərəfli ömür yolundan danışıblar. Mərasimdə iştirak edənlər Vətən yolunda şəhid olanların qəhrəmanlıq nümunələrinin heç vaxt unudulmayacağını, onların bizim qəlbimizdə əbədi yaşayacağını, şəhid ailələrinin dövlətin qayğısı ilə əhatə olunduğunu, şəhidlərimizin qisaslarının mütləq alınacağını diqqətə çatdırıblar.

Medalı və vəsiqəni Sumqayıt Şəhidlər Cəmiyyəti və Milli Qəhrəmanlar İctimai Birliyinin sədri, şəhid bacısı Minəxanım Mirzəyevaya Müdafiə Nazirliyinin nümayəndəsi təqdim edib. Şəhidin bacısı nə qədər ağır da olsa qürur hissi keçirdiyini, ölkə başçısına, Müdafiə nazirliyinin rəhbərliyinə göstərdikləri diqqətə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Teymur Mirzəyev 1967-ci il Sumqayıtda anadan olub. Orta təhsilini Sumqayıt şəhər 15 saylı orta məktəbdə alıb. Təhsilini Azərbaycan Ali Hərbi məktəbində davam etdirən T.Mirəzyev kiçik leytenant rütbəsinə yüksəlib. 1995-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonuna hərbi xidmətə yollanıb. 1996-cı ildə 21 may tarixində Şahbuzda gedən döyüşlərdə şəhid olub.

T.Mirzəyev Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

 Sumqayıtlı şəhid ölümündən 19 il sonra təltif olundu 

 

Sumqayıtlı şəhid ölümündən 19 il sonra təltif olundu


 

Sumqayıtlı şəhid ölümündən 19 il sonra təltif olundu

 

Sumqayıtlı şəhid ölümündən 19 il sonra təltif olundu

 

Sumqayıtlı şəhid ölümündən 19 il sonra təltif olundu

 

Sumqayıtlı şəhid ölümündən 19 il sonra təltif olundu

 

Sumqayıtlı şəhid ölümündən 19 il sonra təltif olundu

Xeberle.com

 

 

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR