Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt Apellyasiya Məhkəməsində Quba sakinlərinin məhkəməsi başlayıb

Sumqayıt Apellyasiya Məhkəməsində qanunsuz olaraq, odlu silah saxlamaqda təqsirləndirilən Quba rayon sakinləri Vəfanur Məmmədov, onun qardaşı Vəfadar Məmmədov və Nizami Nəcəfovun apellyasiya şikayətləri əsasında məhkəmə prosesi başlayıb.

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti baxış iclası iyunun 2-nə təyin edilib.


Qeyd edək ki, hər 3 şəxs Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onlar qanunsuz olaraq silah saxlama, gəzdirmə və Qubanın Nügədi kənd sakini Mərziyyə Osmanovanı oğurlamağa cəhddə ittiham olunurlar.


İttihama görə, V.Məmmədov N.Nəcəfov və V.Məmmədovla qabaqcadan əlbir olaraq tamah niyyəti ilə Quba rayonu II Nügədi kənd sakini Osmanova Mərziyyə Atamoğlan qızının oğurlanmasını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan mənbədən döyüş sursatları və partlayıcı maddələr əldə edib saxlamaqla adam oğurluğuna hazırlıq cinayəti törədiblər.


Mərziyyə Osmanova Quba Rayon Polis Şöbəsinin əməkdaşının bacısıdır.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Nəcəfov 8 il, V.Məmmədov 7 il, V.Məmmədov isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


APA





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR