Sumqayıtda hava

Elan

“Bakı Film Festivalı - 2015” başlayır - İŞTİRAK ŞƏRTLƏRİ

“Bakı Film Festivalı - 2015” başlayır - İŞTİRAK ŞƏRTLƏRİ

Öz fəaliyyəti ərzində hər zaman cəmiyyətin qayğıya ehtiyacı olan hissəsini diqqətində saxlayan "CABANQAR MMC” Azərbaycanda ilk dəfə olaraq Əlilliyi və Qayğıya ehtiyacı olan insanlara həsr olunmuş "BAKI FİLM FESTİVALI-2015" layihəsini təqdim edir.


Layihənin həyata keçirilməsində əsas məqsəd əlillərin müasir dövrdə qarşılaşdıqları problemlərin cəmiyyətin diqqətinə çatdırılması və bu problemlərin həlli yollarının tapılmasına vasitəçi olmaqdır.

Festivala təqdim olunmuş filmlər peşəkarlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Sonda qaliblər və digər iştirakçılar diplom, sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
 
Festivala son iki ildə çəkilmiş maksimum 15 dəqiqəlik qısametrajlı bədii filmlər və sosial çarxlar təqdim oluna bilər.
 
İşlərin təqdimatı üçün son tarix 1 iyul 2015-ci ildir.
 
Xatırladaq ki, bu tip layihələrin keçirilməsi bundan sonra da CABANQAR komandası olaraq əsas prioritetlərimiz içərisində olacaqdır.

E-poçt: cabanqarmmc@gmail.com
Tel: 051 786 44 16





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR