Sumqayıtda hava

Cəmiyyət

"Məcburi köçkün gənclərin əmək bazarına çıxışının artırılması, onların sosial vəziyyətinin yaxşılaşdırılması” layihəsi keçirilir

"Məcburi köçkün gənclərin əmək bazarına çıxışının artırılması, onların sosial vəziyyətinin yaxşılaşdırılması” layihəsi keçirilir

 

"Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi aprelin 15-dən etibarən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Məcburi köçkün gənclərin əmək bazarına çıxışının artırılması, onların sosial vəziyyətinin yaxşılaşdırılması” layihəsinin icrasına başlayıb.


"YeniSumqayit.az"ın İctimai Birliyin Mətbuat Xidmətinə istinadla verdiyi məlumata əsasən, layihənin əsas məqsədi məcburi köçkün gənclərin uğurlu karyera qurmalarına və məşğulluqlarının artırılmasına kömək etməkdən ibarətdir.

 

3 ay davam edəcək layihə çərçivəsində məcburi köçkün gənclərin təhsil aldığı 10 məktəbdə təlimlər keçiriləcək. Təlimlər zamanı Özünü Tanıma (Özünü Dərk etmə), Özünüzü kəşf edin, Fərdi İnkişaf, Hədəfi müəyyənləşdirmək, Peşələri Tanıma, Peşə Seçiminə Təsir edən Amillər, Gələcəyin peşələri, Səmərəli işaxtarma mexanizmləri, CV necə yazılmalı kimi mövzulara toxunulacaq.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR