Sumqayıtda hava

Hadisə

Sumqayıtda şəhid ailələrini aldadanlara 44 il həbs cəzası

Bakı Ağır Cinayətlər Məhkəməsində Qarabağ döyüşlərində iştirak etmiş, şəhid və itkin düşmüş şəxslərin ailələrinə qarşı dələduzluqda təqsirli bilinən Ceyhun Əliyev, Vaqif Məmmədov, Samir Hümbətov, Məhyəddin Behbudov, Fərhad Əliyev, Anar Nəbiyevin məhkəmə prosesi başa çatıb.
 
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Ceyhun Əliyevə 11 il 1 ay, Vaqif Məmmədova 11 il 6 ay, Samir Hübbətov və Məhyəddin Behbudova isə 11 il azadlıqdan məhrumetmə cəzası verilib.
 
Fərhad Əliyev və Anar Nəbiyev isə Cinayət Məcəlləsin 70-ci maddəsi ilə şərti azadlığa buraxılıb.
 
Təqsirləndirilən şəxslər Sumqayıt şəhərində vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq əməli törədiblər.
 
2009-2013-cü illərdə fəaliyyət göstərən dəstə üzvləri Sumqayıt şəhəri, 12-ci mikrorayonda itkin düşmüş şəxslərin ailə üzvləri və Qarabağ döyüşlərində iştirak edənlər üçün bina tikiləcəyini bildiriblər. Onlar binada Qarabağ müharibəsi iştirakçıları və Qarabağ döyüşlərində şəhid olanların ailə üzvlərinə mənzillərin verilməsində kömək göstərəcəklərini vəd ediblər. 1 otaqlı evi 8 min manata, 2 otaqlı evi 10 min manata, 3 otaqlı evi 12 min manata satacaqlarını deyiblər.
 
Dəstə üzvləri Milli Məclisin sosial təminat şöbəsinin müdiri A.Ağayev tərəfindən mənzillərə guya zərərçəkmişlərin adlarına rəsmiləşdirilməsi barədə saxta sənəd təqdim edərək zərərçəkmişləri aldadıblar.
 
Cinayət işi üzrə 45 zərərçəkmiş tanınıb. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərəfindən dələduzluq törətmək), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər.
 
Lent.az





Xəbər lenti

Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR