Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda Respublika Gününə həsr edilmiş disput keçirilib (FOTOLAR)

Sumqayıtda Respublika Gününə həsr edilmiş disput keçirilib (FOTOLAR)

Mayın 26-da Heydər Əliyev Mərkəzində 28 May - Respublika Gününə həsr edilmiş disput keçirilib.

Sumqayıt şəhər İcra hakimiyyəti və Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan şəhər İH başçısının müavini Elgin Həbibullayev Xalq Cümhuriyyəti zamanı baş vermiş tarixi proseslərdən bəhs edib, Azərbaycan tarixində əhəmiyyət kəsb edən hadisələr haqqında tədbirlərin keçirilməsinin gənclərin vətənpərlik və vətəndaşlıq tərbiyəsində mühüm amil olduğunu nəzərə çatdırıb.

Gənclər və İdman Baş İdarəsinin rəisi Elşən Baxşəliyevin, Sumqayıt Heydər Əliyev Mərkəzinin direktoru Aygün Zülfüqarlının, YAP şəhər təşkilatı İdarə Heyətinin üzvü Ceyhun Məmmədovun, Sumqayıt Dövlət Universitetinin tələbələri Arzu Nəbizadənin, Həzrət Abasovun, ictimai fəal gənc İman Ağayevin çıxışlarında Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə baş vermiş hadisələrdən danışılıb, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan Respublikasının yaradılmasının tarixi əhəmiyyəti, bu gün müstəqil dövlətimizin xalqımızın mənafelərini ən yüksək səviyyədə təmsil etdiyi, sözün əsl mənasında yüksək beynəlxalq imici olan müstəqil dövlətin mövcudluğu vurğulanıb.

 

Sumqayıtda Respublika Gününə həsr edilmiş disput keçirilib (FOTOLAR)

 

Sumqayıtda Respublika Gününə həsr edilmiş disput keçirilib (FOTOLAR)

 

Sumqayıtda Respublika Gününə həsr edilmiş disput keçirilib (FOTOLAR)

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR