Sumqayıtda hava

Cəmiyyət

SDU-da Respublika Günü qeyd olundu

SDU-da Respublika Günü qeyd olundu

Sumqayıt Dövlət Universitetində 28 May - Respublika Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97-ci ildönümü qeyd olunub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Rektoru Elxan Hüseynov çıxış edərək bildirib ki, Xalq Cümhuriyyəti 1918-ci ildə gərgin və mürəkkəb ictimai-siyasi bir şəraitdə yaranaraq cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq xalqımızın yaddaşına tariximizin ən parlaq səhifələrindən biri kimi əbədi həkk olunub. Qısa vaxt ərzində AXC bir çox sahələrdə həyata keçirdiyi islahatlarla Azərbaycan tarixində mühüm bir mərhələnin əsasını qoyub. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı əhəmiyyətli addımlarla qısa müddətdə xalqımızın tarixində silinməz iz buraxıb və milli dövlətçilik ənənələrinin formalaşdırılması işində böyük rol oynayıb.


SDU-da Respublika Günü qeyd olundu

Rektor vurğulayıb ki, XX əsrin 90-cı illərində Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşsa da ölkəmiz ilk illər çətin ictimai-siyasi proseslər məngənəsində idi. Amma 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi bütün təhlükələri aradan qaldırdı. Ulu öndərin malik olduğu güclü iradə, uzaqgörən siyasət və digər mühüm keyfiyyətlər Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi və ölkədə dövlətçiliyin yeni inkişaf mərhələsi başlandı.
Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev "Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına aparan yol və onun xalqımız üçün tarixi əhəmiyyəti”, Qədim dünya və orta əsrlər tarixi kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Samir Kərimli "Azərbaycan Xalq Cümhuriyyətinin parlament fəaliyyəti və hərbi quruculuğu”, kafedranın digər müəllimi Şəhla Əhmədova "Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət rəmzləri” adlı məruzələr ilə çıxış ediblər.


Sonda Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti haqqında sənədli film nümayiş olunub.

 



Xəbər SDU-nun Mətbuat Xidmətinə istinadla təqdim edildi.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR