Sumqayıtda hava

Manşet, Cəmiyyət

"Sumqayıt"dan növbəti QƏLƏBƏ

"Sumqayıt"dan növbəti QƏLƏBƏ

 

Topaz Premyer Liqasında 2014/2015 mövsümü başa çatıb. Son turda "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da "İnter"i qəbul edib. Komandamız oyundan 3:1 hesablı qələbə ilə ayrılıb. "Sumqayıt" FK-nun heyətində Məhəmməd Qurbanov dubl ediv, digər qolu isə Pərdis Fərcad Azad vurub. 
"Sumqayıt"dan növbəti QƏLƏBƏ
Aqil Məmmədov ("Sumqayıt”ın baş məşqçisi): "Qələbə münasibəti ilə azarkeşləri təbrik edirəm. Sumqayıtlı futbol fanatları bizə hər zaman dəstək oldular. Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Digər tərəfdən "İnter”in heyətində çıxış edən gənclər özlərini yaxşı tərəfdən göstərdilər. Həmin oyunçuların bir neçəsini bəyəndim. Düşünürəm ki, gənc oyunçular Premyer Liqada oynamağa hazırdırlar. Düzdür, indiyə qədər "İnter”i məğlub edə bilməmişdik. Çempionatın sonuncu turundakı oyunumuz tarixə düşdü, amma mən bu qələbəni tarixi uğur hesab etmirəm”. 
"Sumqayıt"dan növbəti QƏLƏBƏ
Roman Cəfərov ("İnter”in məşqçisi): "Əvəzedici heyətlərin çempionatında qızıl medal qazanan futbolçulara şans vermişdik. Məqsədimiz odur ki, gənc futbolçular heyətdə möhkəmlənsinlər. Bu gün hesabı biz açsaq da, qələbə üçün təcrübəmiz çatmadı. Hesab oyuna görə oldu”. 

"Sumqayıt"dan növbəti QƏLƏBƏ





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR