Sumqayıtda hava

Manşet, Cəmiyyət

İlham Əliyevlə SELFİ

İlham Əliyevlə SELFİ

Mayın 29-da Prezident İlham Əliyev Bakı 2015-in baş ofisində olub.

Prezidenti Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisinə səfərində xanımı, Bakı 2015 İlk Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və gənclər və idman naziri Azad Rəhimov müşayiət ediblər.

Qonaqları BAOƏK-in baş əməliyyat direktoru Saymon Kleqq və onun müavini Mayk Loynd qarşılayaraq komitənin fəaliyyəti haqqında ətraflı məlumat veriblər.

Daha sonra Prezident İlham Əliyev Oyunlar Əməliyyatlarına Dəstək Mərkəzində işlərin gedişi və baş ofisdə işçilər üçün yaradılan şəraitlə yaxından tanış olub.

Prezident İlham Əliyev BAOƏK-in əməkdaşları qarşısında çıxış edərək onlara işlərində uğurlar arzulayıb. Dövlət başçısı birinci Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyindən əmin olduğunu bildirib.

Sonda dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva əməliyyat komitəsinin kollektivi ilə xatirə şəkli çəkdiriblər.

İlham Əliyevlə SELFİ

İlham Əliyevlə SELFİ

İlham Əliyevlə SELFİ

İlham Əliyevlə SELFİ

İlham Əliyevlə SELFİ

 İlham Əliyevlə SELFİ

 

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR