Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtlı gəncdən MƏZUN treki - VİDEO

Sumqayıtlı gəncdən MƏZUN treki - VİDEO

Sumqayıtlı gənc reper Əhməd Şəfizadə "Son zəng"-ə həsr edilmiş "Məzun" trekini təqdim edib.

Sumqayıtlı gəncdən MƏZUN treki - VİDEO

"YeniSumqayit.az" treki təqdim edir:

 
Qeyd edək ki, repin sözləri digər sumqayıtlı gənc Əliağa Şirinova məxsusdur.
 
MƏZUN

Gözlər açılır ətraf səssizlik, həyatın mənə bəxş etdiyi an,
Göz gəzdirmək, ətraf bəyaz rəngə bürünmüş məkan,
Qarşımda birisi tələb edir danışım geridə qalan illəri,
Bilsəydi ki asan deyil soruşmazdı baş verənləri.
İlk gün, ilk sevinc axtarmaq ilk müəllimin gözündə,
Hər qarşıdakı il sevinci paylaşaraq yeni həyat qurmaq könüldə,
Acını anidən həkk edərək qəlbdə, öyrəndik azda olsa kədəri,
Məktəb mənə bəxş etdi bir neçə dost həyatda əbədi.
Dəyərdi, dəyişmək zamanı göz yaşına,
İllərin qarşına qoyduğu seçimlərdə qərar almaq tək başına,
Düşüncələr yada salır çəkinərək müəllimlərə danışdığım dərdimi,
Hər gün eşidilən zənglər bu gün bitirir "Məzun" adlı hekayəmi.
Təbəssüm yaradır həyatı mavi səmadan xoşbəxt görmək,
İnandırıcı gəlmir sıxıcı forma anlayışını yaddaşdan silmək,
Amma zaman dəyişir həyat məktəbindəki geyimi,
Sadəcə istəmirəm 11 illik libasdakı varlığımı itirmək.

Uşaq tək yaşadığım ilk sevgi nağılım
Baş rollarda mən və qarşımdakı sinif yoldaşım.
Bu nağıllar bizi böyütdü acılarla,
Gələcəyi yaşamaq üçün daha xoşbəxt kadrlarla.
11 il əvvəl qurulan yeni həyat tərzi,
İnsanlara güvənmək, amma hərəkətlərdə görmək tam əksin.
Əlvida sinif otağı, parta arxası ve lövhə yazısı,
Tanrı rica edirəm silmə bu 11 illik kağızı.
Şagirdəm, var hələ arzularım, hədəflərim,
Universitetə qəbul olacam, həmişə yanımda olacaq sevdiklərim.
İtirdiklərimi əvəz edəcəm bəlkədə qarşıdakı həyatda,
Geri dönməyəcək fərqli ləqəblər səsləndirən müəllimlərim.
Zaman çevirir həyat adlı kitabın ağ saçlı səhifələrini,
Cansız məktəb belə sanki söyləyir son sözlərini,
Son dəqiqələr, solmuş payız yarpaqlarından xışııltı səsi,
Öz küləyiylə məni ağacımdan uzaq salan son zəngin səsi.

İtirilmiş illəri göz yaşları əvəz edir artıq,
Gələcəyə atdığım ilk addımda son dəfə geri dönüb məktəbimə baxdım bir anlıq.
Qazanılan dəstək, uğurlar, şans varmı geriyə dönməli?
Əlvida Lisey, əlvida Uşaqlar, əlvida Məktəb illəri...





Цитата
  • Pibes

  • 11 iyul 2015 22:47
  • Группа: Qonaq
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
As Spirit gives birth to Spirit and flesh also gives birth to flesh so it is with people who use the heart{emotions}instead of using the mind{inteligance & faith} and this is the main reosan why peoples lives especially their spiritual lives does not grow because they always use emotions instead of faith Thank you for the message of faith God bless
Цитата
  • Joe

  • 17 iyul 2015 06:04
  • Группа: Qonaq
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Yaxşı movzudur <a href="http://tgxzueqckoy.com">xuissul</a>ədə gənclər fce7un.Ayrılıq adlı namərddən f6zfcnfczfc gf6zləyin.Sevgi etibar və df6zfcm daima yanınızda olsun.Nədənsə İsmayıl Şıxlının Məni İtirməyin hekayəsin xatırladm.
Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR