Sumqayıtda hava

Cəmiyyət

İlk Avropa Oyunlarının gənc sumqayıtlı hakimi - ONU TANIYAQ

İlk Avropa Oyunlarının gənc sumqayıtlı hakimi - ONU TANIYAQ

"Yenisumqayit.az olaraq, cəmiyyətdə velosiped istifadəsini stimullaşdırmaq, velosipeddən nəqliyyat vasitəsi kimi istifadəni təbliğ etmək, bu idman növünə maraq oyatmaq istiqamətində fəaliyyətimizi davam etdiririk.

Bu məqsədlə fəal velosiped istifadəçiləri ilə görüşlərimizi davam etdiririk.

Beləliklə,"Onu tanıyaq” rubrikasının növbəti qonağı - Sumqayıt Velosiped İdmanı Klubunun meneceri Abdulla Ağayevlə maraqlı müsahibəmizi təqdim edirik.

İlk Avropa Oyunlarının gənc sumqayıtlı hakimi - ONU TANIYAQ

- Abdulla, səni daha yaxından tanıyaq.

- 1991-ci ildə doğulmuşam. Sumqayıt Dövlət Universitetinin Komputer mühəndisliyi fakultəsini bitirmişəm. Sumqayıt Velosiped İdmanı Klubunun meneceri, eyni zamanda Bakı-2015 İlk Avropa Oyunları Əməliyyat Komitəsində velosiped idmanı üzrə marşal hakim vəzifələrində çalışıram. Velosiped idmanı ilə artıq bir neçə ildir ki, məşğulam. Şose növü üzrə məşq edirəm. Həmçinin də, Sumqayıt Həvəskar Velosipedçilər Qrupuna rəhbərlik edirəm. Qrup üzvləri ilə birgə mütəmadi veloyürüşlər təşkil edirik.

İlk Avropa Oyunlarının gənc sumqayıtlı hakimi - ONU TANIYAQ

- Orta və ali təhsil qiymətlərin necə olub?

- Orta məktəbi orta və əla, ali məktəbi isə orta qiymətlərlə başa vurmuşam. İxtisasım üzrə iki elmi işim var. Konfranslarda çıxış etmişəm.

İlk Avropa Oyunlarının gənc sumqayıtlı hakimi - ONU TANIYAQ

- Velosipedlə ilk tanışlığın necə başlandı?

- Velosipedə marağım hələ uşaqlıqdan olub. Həmişə professional velosipedçi olmaq, həm də professional velosipedimin olmasını isdəmişəm. Bu maraq, həmçinin də velosiped yarışları velosiped sürməyə olan marağımı artırdı.

Şəhərimizdə həvəskar velosipedçilər arasında keçirilən yarışlarda iştirakım və qazandığım uğurlar da buna stimul verdi.

Ötən il şəhərimizdə keçirilən yarışda ilk onluqda yer aldım.

İlk Avropa Oyunlarının gənc sumqayıtlı hakimi - ONU TANIYAQ

- İlk velosipedin...

- İlk sürdüyüm şəxsi velosipedim idi. Həvəsim böyük idi və buna görə də müdirim hədiyyə etmişdi. Hələ də qalır.

- Şəhərdə velosiped sürmək necə hissdir? Cəmiyyətimizdə maraq da qədərincə deyil velosipedlə gəzməyə...

- Əlbəttə gözəl hissdir. Demək olar ki, bütün işlərimi velosipedlə görürəm. Elə bu gün İlk Avropa Oyunları ilə əlaqədar Bakıya getməli idim. Velosipedlə getdim. Hazırda da Sumqayıtdayam.

İlk Avropa Oyunlarının gənc sumqayıtlı hakimi - ONU TANIYAQ

- Çətinliklər olur?

- Şəhərdə velosiped sürmək rahatdır. Ancaq bəzi çətinliklər də danılmazdır. Məsələn, bəzi sürücülərin velosipedçilərə olan biganəliyi buna əyani sübut ola bilər.

- Velosipedlə bağlı hansı yaddaqalan xatirələrin olub?

- Uşaq vaxtı velosiped sürməyi yenicə öyrənəndə göz görə-görə divara çırpılmışdım. Uşaq idim, əyləc nədir bilmirdim.

İlk Avropa Oyunlarının gənc sumqayıtlı hakimi - ONU TANIYAQ 

- Avropa Oyunlarına hazırlıq prosesi necə davam edir?

- Yüksək səviyyədə. Təlimlərdə iştirak etdim, çox əla səviyyədə təşkil olunmuşdu. Qeyd edim ki, həqiqətən də İlk Avropa Oyunları bizim üçün həm təcrübə, həm də idmanımız üçün yüksəliş deməkdir.

İlk Avropa Oyunlarının gənc sumqayıtlı hakimi - ONU TANIYAQ

- İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsini necə qiymətləndirirsən? Bir vətəndaş olaraq.

- Münasibətim müsbətdir. Beynəlxalq idman yarışıdır. Ölkəmizdə keçirilməsi də müsbət haldır. Amma bu tədbirin keçirilməsi ilə əlaqədar olaraq lazımi infrastrukturun yetərincə olmaması və nəticədə yenidən qurulması narahatçılığa səbəb olur. Bu da müvəqqəti çətinlikdir.

İlk Avropa Oyunlarının gənc sumqayıtlı hakimi - ONU TANIYAQ

- Gələcək planların nədir?

- Gəzmək, dolaşmaq. Təbii ki, xarici ölkələri. Bu fikir həmişə beynimdədir. Fürsət tapan kimi, velosipedlə tura çıxmaq istərdim.

- Əlavə olaraq nə demək istəyərdin?

- Sadəcə istərdim ki, şəhərimizdə velosipedə üstünlük verilsin, yollar salınsın. Əsasən də sürücülərimiz velosipedə və velosipedçilərə biganə yanaşmasınlar. Çünki, ən azından onu da idarə edən insandır.

İlk Avropa Oyunlarının gənc sumqayıtlı hakimi - ONU TANIYAQ

- Velosiped sürməyənlərə, sürənlərə ciddi yanaşmayanlara nə deyərdin?

- Fikirlərində sadəcə yanılırlar. Belə bir deyim var: "Yeməmisən qaz ətini, ...”

Cəmiyyətimizdə ümumi inkişafdan geri qalan fikirlər və düşüncələr var. İnanıram ki, yeni nəsil bu problemin öhdəsindən gələcək və bu bir mədəniyyət halına gəlib çatacaq.

İlk Avropa Oyunlarının gənc sumqayıtlı hakimi - ONU TANIYAQ

- Maraqlı müsahibəyə görə təşəkkür edirəm.

- Mən təşəkkür edirəm, məni seçdiyinə görə.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR