Sumqayıtda hava

Elan

"0 Tullantı" Yay Məktəbinə sənəd qəbulu başlandı

"0 Tullantı" Yay Məktəbinə sənəd qəbulu başlandı

Heydər Əliyev Fondunun təşəbbüsü, IDEA kampaniyasının dəstəyi ilə hər il "Təmiz Şəhər” ASC-in keçirdiyi yay məktəbi bu il 18-21 iyul tarixlərində baş tutacaq. Bu dəfəki məktəb ADA Universiteti ilə birgə təşkil olunacaq və "0 Tullantı” adlı mövzu altında keçiriləcək. Maarifləndirici düşərgə tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, ekoloji layihələrin idarə olunması sahələrində gənclərin bilik və bacarıqlara yiyələnməsi məqsədi ilə keçirilir.

Yay məktəbi çərçivəsində gənclər tərəfindən ətraf mühitin qorunmasına tövhə verə biləcək layihələrin reallaşdırılması və dəstəklənməsi nəzərdə tutulur. Bununla yanaşı, yay məktəbinin rəngarəng tədbirlər proqramı gənclərin asudə vaxtının birlikdə təşkili, birgə çalışması, müxtəlif tədbirlərin köməyi ilə gənclərin ümumi intellektual səviyyəsinin artırılmasına imkan yaradacaqdır. Belə ki, yay məktəbində iştirak üçün seçim turundan keçəcək 40 gənc 4 gün ərzində tullantıların idarə olunması mövzusunda təlimlərdə, müxtəlif intellektual oyunlarda iştirak edəcək, bir neçə məlumat turuna qatılacaqlar.

"Təmiz Şəhər” ASC artıq 5 ildir ki, məktəbli və gənclər üçün tullantıların idarəedilməsi və ətraf mühitin qorunması sahəsində müxtəlif mövzulu yay məktəbləri təşkil edir. Şəki, Quba, Lənkəran və Mingəçevir şəhərlərində keçirilmiş yay məktəblərində ümumilikdə 300-dən çox tələbə və gənc iştirak etmiş, bununla da ətraf mühitə öz müsbət tövhələrini vermişlər.

Bu il yay məktəbinin məhz ADA Universitetində keçirilməsi təsadüfi deyil. Universitet ölkəmizin ən qabaqcıl və innovativ təhsil məkanlarından biridir. ADA Universiteti Azərbaycanda, eləcə də Cənubi Qafqaz regionunda LEED sertifikatının tələblərinə cavab verən ilk təhsil ocağıdır. Universitetin isitimə və soyutma sistemi bərpa olunan enerji hesab edilən geotermal istilik nasosları vasitəsilə həyata keçirilir ki, nəticədə ADA ildə havaya 1500 CO2 daha az buraxır. Universitet həmçinin, "Təmiz Şəhər” ASC ilə yenidən kağız istehsalında əməkdaşlıq edir və tələbələrdə təkrar istehsal mədəniyyətini formalaşdırır.

Yay məktəbində iştirak etmək istəyənlər üçün mayın 25-dən etibarən sənəd qəbulu elan edilir. Gənclər www.yaymektebi.tamizshahar.az elektron ünvanındakı ərizə formasını dolduraraq 21 iyunadək online təqdim etməlidirlər. Namizədlər siyahısına düşən şəxslər müsahibəyə dəvət oluancaqlar.

Yay məktəbində iştirak ödənişsizdir. İştirakçıların qida, nəqliyyat, təlim vəsaiti və digər xərcləri təşkilatçılar tərəfindən ödəniləcəkdir.

 

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR