Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda ilk “Miniatür obrazlar” sərgisindən FOTOLAR

Sumqayıtda ilk “Miniatür obrazlar” sərgisindən FOTOLAR

Prezident yanında Gənclər Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin, Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin təşkilati dəstəyi ilə mayın 29-da Sumqayıt Gənclər Evində 28 may - Respublika gününə həsr olunmuş "Miniatür obrazlar” adlı rəsm sərgisi təşkil olunub.

Sumqayıtda ilk “Miniatür obrazlar” sərgisindən FOTOLAR

Sərgidə yeniyetmə və gənc rəssamların əl işlərindən ibarət vətənimizin tarixi-mədəni irsini, onun zənginliyini özündə əks etdirən miniatür obrazların əks olunduğu əsərlər nümayiş olunub.

Layihənin icraçısı Natiq Muradxanlı sərgini açıq elan edərək layihənin məqsədinin gənc nəsil arasında Azərbaycan mədəniyyətinə şərəf gətirən incəsənət növlərindən olan miniatür sənətini inkişaf etdirmək, gənclərimizin bu  yöndə bilik və bacarığının artırmaq, onları bu sahəyə motivasiya etmək, xalq tətbiqi sənət növlərinin təbliğatı işini gücləndirmək olduğunu bildirib.

Sumqayıtda ilk “Miniatür obrazlar” sərgisindən FOTOLAR

Sərgidə çıxış edənlər rəssamlıq sənətində miniatür obrazlara üstünlük verən yeniyetmə və gənclərin əl işlərindən ibarət  miniatür rəsm sərgilərinin təşkil olunmasının xalqımızın milli-mədəni dəyərlərini gənc nəsil arasında tanıtmaq, qorumaq və təbliğ etmək istiqamətində mühüm rol oynadığını vurğulayıblar.

Sərgi Prezident təqaüdçüsü, istedadlı gənc pianoçu Fuad Əlizadənin ifası ilə davam etmişdir. 

Sumqayıtda ilk “Miniatür obrazlar” sərgisindən FOTOLAR

 

Sumqayıtda ilk “Miniatür obrazlar” sərgisindən FOTOLAR

 Xəbər Gənclər Fonduna istinadla təqdim edildi.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR