Sumqayıtda hava

İqtisadiyyat

Sumqayıt Kimya Sənaye Parkında karbon nano borular istehsal ediləcək

Sumqayıt Kimya Sənaye Parkında karbon nano borular istehsal ediləcək


Dekabrın 15-də Bakı Biznes Mərkəzində "Azərbaycan İnvestisiya Şirkəti" ASC, "Sumqayıt Kimya Sənaye Parkı" MMC və ABŞ-ın "SouthWest NanoTechnologies" (SWeNT) şirkəti arasında üçtərəfli Anlaşma Memorandumu imzalanmışdır.
Memoranduma əsasən, AİŞ və "SWeNT" Sumqayıt Kimya Sənaye Parkının ərazisində karbon nano boruların istehsalının təşkili sahəsində əməkdaşlıq edəcəklər. İlkin olaraq ildə 1000 ton KNB-nin istehsalı gözlənilir.
KNB ən kəskin şəraitdə belə yüksək davamlılığı ilə seçilən və bir çox məqsədlər üçün istifadə olunan karbon tərkibli (qrafen) boru şəkilli nano materialdır. Hazırda KNB-dən plastik material və qarışıqlar, tikinti materialları, elektronika, sensor, tranzistor, batareya və s. istehsalında istifadə edilir və ən möhkəm material hesab edilir. KNB silisimdən (silikon) daha yaxşı yarımkeçiricilik və misdən daha yaxşı keçiricilik xüsusiyyətlərinə malikdir.

Sumqayıt Kimya Sənaye Parkında karbon nano borular istehsal ediləcək





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

KATEQORIYALAR