Sumqayıtda hava

Dünya

Almaniyadakı soydaşlarımızdan Bakı-2015-ə dəstək

 Almaniyadakı soydaşlarımızdan Bakı-2015-ə dəstək
 

İyunun 3-də Almaniyanın Yena şəhərində "Azərbaycan-Odlar Yurdu” adlı tədbir təşkil edilib.


Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası tərəfindən təşkil edilən tədbir Yena şəhərinin beynəlxalq mədəniyyət mərkəzində baş tutub.

Assosiasiyadan "YeniSumqayit.az"a verilən məlumata görə, tədbirdə 100 dən artıq yerli və xarici tələbə və sakinlər iştirak edib.

Assosiasiyanın fəalları tərəfəndən hazırlanmış təqdimatda ölkəmizin tarixi, coğrafiyası, mədəniyyəti haqqında geniş məlumat verilib, Azərbaycanın qədim musiqi irsi iştirakçıların nəzərinə çatdırılıb.

 

Almaniyadakı soydaşlarımızdan Bakı-2015-ə dəstək


İyunun 12-si ölkəmizin paytaxtında başlayacaq Birinci Avropa Oyunları isə xüsusi qeyd olunub. Ölkəmizin Avropa oyunlarına hazırlıq mərhələləri və son durum xüsusi video-çarxla nümayiş olunub.

Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyasının təşəbbüsü ilə azərbaycanlı, alman və digər ölkələrdən olan bir qrup gəncin tədbirə üzərində Avropa Oyunlarının loqosu əks olunmuş köynəklərdə qatılması tədbir iştirakçılarında geniş diqqət və maraq yaradıb.

Sonda tədbir iştirakçıları ölkəmizə həsr olunmuş stendlə tanış olub milli təamlardan dadmaq imkanı əldə ediblər.

 

Almaniyadakı soydaşlarımızdan Bakı-2015-ə dəstək





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR