Sumqayıtda hava

Cəmiyyət

SDU-da “Kimya gecəsi” keçirilib

SDU-da “Kimya gecəsi” keçirilib

 

SDU-nun Kimya və biologiya fakültəsinin tələbələrinin iştirakı ilə "Kimya gecəsi” keçirilib.

Tədbirdə iştirak edən rektor Elxan Hüseynov bildirib ki, kimya gecələrinin keçirilməsi, müxtəlif dərnəklərin, müsabiqələrin təşkil edilməsi tələbələrin təffəkürünün inkişafina, yaradıcılıq, tədqiqatçılıq bacarıqlarının formalaşmasına kömək edir. Belə tədbirlər onların intellektli, savadlı və cəmiyyətdə özlərinə uyğun mövqe qazanmış şəxsiyyət kimi formalaşmasında xüsusi rol oynayır.
Dünyanın, eləcə də Avropa ölkələrinin universitetlərinin əksəriyyəti nəzəri biliklərdən çox, təcrübəyə daha çox diqqət yetirirlər.

Tələbələrin nəzəri biliklərini əyani şəkildə bizə nümayiş etdirmələri bir daha sübut edir ki, bu gün universitetimizdə təhsil alan tələbələrin savadı Avropa təhsil standartlarına cavab verir.

SDU-da “Kimya gecəsi” keçirilib
Gecənin təşkilatçısı, dosent Gülzar Quliyeva vurğulayıb ki, tələbələrin kimya fənninə olan həvəsini artırmaq üçün belə tədbirlər əhəmiyyətlidir.
Tədbirdə kimyanın elementlərindən bəhs edən videoçarx nümayiş olunub və karbon qazının dünyada göstərdiyi mənfi və müsbət təsirləri tələbələrin ifasında səhnələşdirilib.
Sonda Kimya və biologiya fakültəsinin tələbələri tərəfindən aparılan bir-birindən maraqlı təcrübələr tədbir iştirakçılarının böyük marağına səbəb olub.

 

SDU-nun Mətbuat Xidmətinin məlumatı

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR