Sumqayıtda hava

Cəmiyyət

Məcburi köçkün gənclər üçün təlimlər təşkil edilib

Məcburi köçkün gənclər üçün təlimlər təşkil edilib

 

"Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi "Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası”nın maliyyə dəstəyi ilə "Məcburi köçkün gənclərin əmək bazarına çıxışının artırılması üçün məlumatlandırma sessiyalarının təşkili" layihəsi çərçivəsində 10 məktəbdə məcburi köçkün gənclər üçün təlimlər təşkil edib.

Məcburi köçkün gənclər üçün təlimlər təşkil edilib
İB-dən "YeniSumqayit.az"a verilən məlumata əsasən, təlimlər zamanı "Özünü Tanıma”, "Özünüzü kəşf edin”, "Fərdi İnkişaf”, "Hədəfi müəyyənləşdirmək”, "Peşələri Tanıma”, "Peşə Seçiminə Təsir edən Amillər”, "Gələcəyin peşələri”, "Səmərəli işaxtarma mexanizmləri”, "CV necə yazılmalı” kimi mövzulara toxunulub. Təlim iştirakçıları ilə işlə bağlı müsahibələrə getdikləri zaman necə davranmalı olduqları barədə praktik məşğələlər keçirilib.

Məcburi köçkün gənclər üçün təlimlər təşkil edilib

Sonda layihə iştirakçıları gələcəkdə özlərini hansı peşədə gördüklərini özündə əks etdirən uğur hekayələrini yazıblar. Təlimlər zamanı təlim iştirakçıları arasında təlimin gedişatı ilə bağlı qiymətləndirmələr aparılıb. Təlim iştirakçıları təlimi yüksək qiymətləndirərək bu səpkili təlimlərin vacibliyini vurğulayıblarmışdır. Qeyd edək ki, layihəni keçirməkdə əsas məqsəd məcburi köçkün gənclərin uğurlu karyera qurmalarına və məşğulluqlarının artırılmasına kömək etməkdən ibarətdir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR