Sumqayıtda hava

İqtisadiyyat

Sumqayıt Kimya Sənaye Parkı beynəlxalq sərgidə iştirak edib

Sumqayıt Kimya Sənaye Parkı beynəlxalq sərgidə iştirak edib


Sumqayıt Kimya Sənaye Parkı XXII Beynəlxalq "Xəzər Neft və Qaz 2015” sərgisində öz stendi ilə təmsil olunub.

Stenddə Sumqayıt Kimya Sənaye Parkının yaranması, məqsədləri, sənaye parkının rezidentləri, o cümlədən parkda iş adamlarına təklif olunan güzəştlər barədə məlumatlar, Parkın gələcək perspektivlərini özündə əks etdirən 3D formatlı video-çarx nümayiş etdirilib.

Sumqayıt Kimya Sənaye Parkı beynəlxalq sərgidə iştirak edib

Stenddə quraşdırılan interaktiv monitor vasitəsilə ziyarətçilər sənaye parkının Sosial və Sənaye zonalarında yerləşəcək obyektləri haqqında ətraflı məlumat əldə edə biliblər. Ziyarətçilərə sənaye parkı haqqında ətraflı məlumatlar verilib, təşviqat materialları təqdim olunub.

Sumqayıt Kimya Sənaye Parkı beynəlxalq sərgidə iştirak edib

Sərgi çərçivəsində həmçinin, kimya və neft kimya, mühəndislik sahəsində fəaliyyət göstərən bir sıra xarici şirkətlərin əməkdaşları ilə görüşlər keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sumqayıt Kimya Sənaye Parkının stendi qonaqlar və ziyarətçilər tərəfindən maraqla qarşılanıb.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR