Sumqayıtda hava

Elan

“Azərbaycanşünaslığın aktual problemləri” beynəlxalq elmi konfrans

“Azərbaycanşünaslığın aktual problemləri”  beynəlxalq elmi konfrans


5-7 may 2015-ci ildə Bakı Slavyan Universiteti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” VI Beynəlxalq elmi konfrans keçirəcəkdir.
Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaqdır:
Heydər Əliyev və azərbaycançılıq məfkurəsi
Heydər Əliyev irsi və Azərbaycanın inkişaf strategiyası
Müasir Azərbaycanda multikultural cəmiyyət və millətlərarası münasibətlər
Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində
Azərbaycan tarixi və mədəniyyəti
Azərbaycan dili və ədəbiyyatı

Sizi bu konfransda iştirak etməyə dəvət edirik.
Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis
İştirakla bağlı məlumat və məqalə elektron formada 1 fevral 2015-ci ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:
E-mail: azeristudies2015@gmail.com
Xarici ölkələrdən olan iştirakçıların bütün xərcləri özləri tərəfindən ödənilir.
Məqalələrin göndərilməsi üçün son tarix - 15 fevral 2015-ci il
Qəbul edilən məqalələr haqqında məlumatın verilməsi - 30 mart 2015-ci il
Çap olunmuş məqalələr məcmuəsinin paylanması - 7 may 2015-ci il
Konfransın təntənəli açılış mərasimi - 5 may 2015-ci il
Bölmə iclasları - 5-6 may 2015-ci il
Konfransın bağlanış mərasimi - 7 may 2015-ci il
FORMA 1. Məqalənin tərtibi qaydaları:
Həcm: 5 səhifəyə qədər, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
Məqalə qoşma məktub şəklində göndərilməlidir.
Xülasə: ingilis dilində
Açar sözlər məqalənin adından sonra göstərilməlidir.
Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: [2] və ya [2; 5; 8] və ya [2, 14-15] və ya [2, 17; 7, 233-234].
Məqalənin strukturu:
1. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi qalın şriftlə
2. Məqalənin adı böyük hərflərlə, qalın şriftlə
3. Təşkilat və şəhərin adı adi şriftlə
Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək.
Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.
Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ 1014, S.Rüstəm küç., 25, Bakı Slavyan Universiteti, Bakı şəhəri/Azərbaycan Respublikası.
E-mail: azeristudies2015@gmail.com, telefonlar: +99412 440 45 22, əlavə 157, +99412 441 27 00
FORMA 2. Konfransda iştirak üçün bildiriş
Soyadı, adı, atasının adı
İş yeri
Vəzifəsi, elmi adı və dərəcəsi
Telefon
E-mail ünvanı
Məqalənin adı
Məruzə üçün tələb olunan texniki vəsaitin işarə ilə qeyd olunması (lövhə, proyektor, kompüter)
Açar sözlər
MƏQALƏ (əlavə şəklində)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR