Sumqayıtda hava

Maraqlı

Şortiklə gəzən turistlərə xəbərdarlıq edildi - FOTO

 Şortiklə gəzən turistlərə xəbərdarlıq edildi - FOTO

  

Avropa Oyunlarının rəsmi əməkdaşı olan "FiveCurrents" şirkətinin turistlər üçün yaydığı broşürdən sitatlar:

Yolu keçərkən keçiddən istifadə edin. Piyada keçidindən keçəndə maşınların duracağını fikirləşməyin, çünki dayanmırlar. Yerli insanlar harda, necə gəldi yolu keçir, amma siz bunu etməyin, çünki təhlükəlidir.

Bilin ki, Bakıda "hə" həmişə "hə" demək deyil. Çünki yerli insanlar "yox" və "bilmirəm" sözlərini istifadə etməkdən çəkinirlər. Qarşı tərəfin sizi anladığından əmin olana qədər səbrli olun və dediyinizi təkrar edin.

Yay fəsli boyunca hətta 30+ dərəcədə də olsa, görəcəksiniz ki, azəri kişilər şortik geyinmirlər. Əgər şortikdə kişi görsəniz, böyük ehtimal o turistdir. Bu, İslam dini bağlı ənənədir. Şortik geyinmək sizə problem yaşatmayacaq, amma diqqət çəkəcəksiniz.

Qızların tanımadıqları kişilərlə qardaşı olmadan bir yerə getmələri uyğun deyil. Çox dəstəklənməsə də, yenə də iki qızın oğlanla görüşməsi daha yaxşıdır. (Tək görüşməsinlər mənasında)

İşlə bağlı olsa belə, bir xanımı bir yerə dəvət etmədən öncə yaxşı fikirləşin, əgər qızın nəsə şübhəyə düşdüyünü görsəniz, yerli bir kişinin sizinlə gəlməsini xahiş edin.

Azəri qızlara axşam saat 9-dan yanlarında qardaşları (hətta bəzən ataları) olmadan küçəyə çıxmaq qadağandır. Bu həmçinin evli qadınlar üçün də keçərlidir. Komanda olaraq bir şey etmək istədikdə bunu ağlımızda tutmalıyıq. (Bəziləri qardaşı, həyat yoldaşı, atası olmadan iştirak etməyəcəklər.)

Broşürün originalını sizə təqdim edirik:

 

Şortiklə gəzən turistlərə xəbərdarlıq edildi - FOTO

 

Faktxeber.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR