Sumqayıtda hava

Elan

İnformasiya Texnologiyaları ixtisası üzrə xaricdə təhsil təqaüdü

İnformasiya Texnologiyaları ixtisası üzrə xaricdə təhsil təqaüdü

 

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə A-level tədris mərkəzi və UFC(University Foundation Center) sizlərə təqaüd proqramından yararlanmaq imkanı verir. Siz təqaüd proqramında iştirak etməklə İnformasiya Texnologiyaları (İT) ixtisası üzrə Bangor universitetində ödənişsiz təhsil ala bilərsiniz (yaşayış xərcləri daxil). 

Əsası 1884-cü ildə qoyulan Bangor universiteti Velsin ən qabaqcıl təhsil ocaqlarından biridir. Bangor Universiteti həm akademik standartlarına görə, həm də tələbə qəbuluna görə universitetlər arasında yüksək reytinqə sahibdir. Universitetdə 11 000-dən çox tələbə təhsil alır, universitet daxilində 23 fakültə olmaqla 5 kollec mövcuddur.

Təqaüd Proqramında bakalavr üzrə təhsil almaq üçün tələb olunan sənədlərin siyahısı : 
- Pasportun surəti
- IELTS balı 6.5(hər bölmə üzrə bal min. 5.5)
- Attestat diplomunun notarial qaydada təsdiq olunmuş ingilis dilində tərcümənin əsli və surəti (qiymətlər "yaxşı” və "əla” olmalıdır)
- Riyaziyyat və ingilis-dili müəllimləri tərəfindən verilmiş akademik xasiyyətnamə (İngilis dilində tərcümə və təsdiq)
- Təcrübə (treyninqlərin,tərübə proqramlarının,xarici tədbirlərin sertifikatları (əsli+surəti))
- İngilis-dilində motivasiya məktubu(mak. 200 söz)
- CV(ingilis-dilində)

Bakalavr üzrə təhsil almaq istəyən şəxslər yay müddətində intensiv foundation proqramında iştirak edəcəklər. İntensiv proqram keçmiş şəxslər dərs müddətində yenidən foundation təhsil almayacaqlar. 
__________________________ ___________________
Təqaüd Proqramında magistatura üzrə təhsil almaq üçün tələb olunan sənədlərin siyahısı:
- Pasportun surəti
- IELTS balı 7.0 (hər bölmə üzrə bal min. 6.0)
- Attestat və bakalavr diplomunun notarial qaydada təsdiq olunmuş ingilis dilində tərcümənin əsli və surəti (qiymətlər "yaxşı” və "əla” olmalıdır)
-Texniki fənn müəllimləri tərəfindən verilmiş akademik xasiyyətnamə(İngilis dilində tərcümə və notarius tərəfindən təsdiq)
-Əgər müraciətçi hansısa iş yerində işləyibsə həmin müəssisə tərəfindən verilmiş xasiyyətnamə(İngilis dilində tərcümə və notarius tərəfindən təsdiq)
-Təcrübə (treyninqlərin,tərübə proqramlarının,xarici tədbirlərin sertifikatları (əsli+surəti))
-İngilis-dilində motivasiya məktubu(mak. 200 söz)
-CV(ingilis-dilində)

Tələb olunan sənədləri office@a-level.az email addresinə göndərin (mövzu hissəsində "Bangor- Təqaüd proqramı” qeyd olunmalıdır). İlk müraciət etmiş namizədlərə üstünlük veriləcək.

Son müraciət tarixi: 25 iyun 2015

Əlaqə: 012-441-62-51
050-235-91-95





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR