Sumqayıtda hava

Cəmiyyət

Rafael Ağayev: “Hamı mənimlə şəkil çəkdirir"

Rafael Ağayev: “Hamı mənimlə şəkil çəkdirir" 

"Bu qələbə həm idman karyeramda, həm də həyatımda böyük rol oynayır. İlk Avropa Oyunlarında qazandığım bu medalı həyatda heç nə əvəz edə bilməz”.

Bu sözləri I Avropa Oyunlarını qızıl medalla başa vurmuş Azərbaycan karateçisi Rafael Ağayev deyib:
"Bu və digər qazandığım medallar mənim bir parçamdır. Ac qalaram, amma onları satmaram. Bu turnirdə ən çətin görüşü finalda İtaliya təmsilçisi Luici Busa ilə keçirdim. Baxmayaraq ki, öz vətənimdə yarışırdım, amma çox çətin görüş oldu. Finala layiq idi. Qələbəmi anama və məni sevənlərə həsr edirəm”.

Rafael Ağayev: “Hamı mənimlə şəkil çəkdirir"

Avropa Oyunlarının qızıl medalçısının sözlərinə görə, artıq yetəri qədər məşhurlaşıb və onu dəstəkləyən hər kəsə təşəkkür edib.
"Diqqət mərkəzində olmaq çox yaxşı hissdir. Uğurumun bir parçası siz oldunuz. Qızıl medaldan sonra hamı məni görən kimi şəkil çəkdirir".
ANS PRESS





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR