Sumqayıtda hava

Cəmiyyət

İFTAR DUALARI - RAMAZANA ÖZƏL

İFTAR DUALARI - RAMAZANA ÖZƏL

 

Mömünlərin səbirsizliklə gözlədiyi anlar nəhayət ki, yetişdi. Ayların Sultanı adlandırdığımız, Müqəddəs Qurani Kərimin nazil edildiyi Ramazan ayı başlayır. İyun ayının 18-i Ramazan ayının ilk günüdür.

"YeniSumqayit.az" olaraq, Ramazan ayında iftar açılanda oxunacaq duaları nəzərinizə çatdırırıq.

Qeyd edim ki, Allah Rəsulundan iftar açarkən rəvayət edilən çoxlu dualar vardır. Onlardan bəzilərini yazıram. Duaları həm ərəbcə, həm də öz dilimizdə edə bilərik. Həmçinin iftar açarkən duaların qəbul olunan vaxtı olduğu üçün özümüz də çoxlu şükür və minnətdarlıqdan sonra öz dilimizdə dua edə bilərik.

1) "Allahummə ləkə sumtu, va alə rızqıkə əftərtu" - Allahım! Sənin üçün oruc tutdum və Sənin verdiyin ruzi ilə orucumu açdım, iftar etdim (Əbu Davud, Muaz bin Zührədən, Allah ondan razı olsun, rəvayət edir ki, Peyğəmbər səlləllahu aleyhi və səlləm iftar açarkən bu duanı oxuyardı).

2) "Əl-həmdülilləhilləzi əaanəni fəsumtu va razaqani fəəftərtu" - Mənə kömək edərək oruc tutmağımı təmin edən və iftar etməyim üçün mənə ruzi verən Allaha həmd olsun (İbn Sünni Muaz bin Züyrədən rəvayət edir ki, Peyğəmbər səlləllahu aleyhi və səlləm iftar açanda bu duanı edərdi).

3) "Allahummə ləkə sumnə va alə rızqıkə aftarna fətəqəbbəl minnə innəkə əntəs-səmiul alim" - Allahummə Sənin üçün oruc tutduq, Sənin verdiyin ruzi ilə iftarımızı açdıq, bizdən qəbul et, həqiqətən də Sən eşidən və bilənsən (İbn Abbas, Allah ondan razı olsun, deyir ki, Allah Rəsulu səlləllahu aleyhi və səlləm iftar açıdqda bu duanı edərdi).

4) "Allahumma inni əsəlukə birəhmətikə əlləti vəsiət kullə şeyin in təğfirəli" - Allahım! Sənin hər şeyi əhatə edən rəhmətinlə istəyirəm ki, mənim günahlarımı bağışlayasan (İbn Macə İbn Sünni ibn Müleykə yolu ilə Abdullah bin Əmr bin Asdan rəvayət edib demişdir ki, Rəsulullahın iftarda belə dediyini eşitdim, Ona və ailəsinə salam olsun).

5) "Zəhəbəz-zəməu vəbtəllətil uruq və səbətəl əcru in şə Allah" - Susuzluq getdi və damarlar islandı, Allah istəsə savab yazıldı (Əbu Davud və başqaları rəvayət ediblər).

Hazırladı: Əkrəm Həsənov (ilahiyyat üzrə fəlsəfə doktoru)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

KATEQORIYALAR